Təbəi-tabiin (تبع التابعين) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə onlar səhabələr və tabiinlərdən sonra dünyaya gəlmiş ən xeyirli nəsildirlər.
Sünniliyə görə tərifi Sünnilərə görə şəxsin Təbəi-tabiin olması üçün şərtlər aşağıdakılardır:
Müsəlman olaraq ölmək, Ən azı bir tabiinlə görüşmüş olmaq, Adil olmaq (Sünnilərə görə bu, Əhlis-Sünnə vəl-Camaatın əqidə və əməllərinə əməl etmək deməkdir).
Bu haqda Məhəmməd peyğəmbər demişdir:
Təbəqələri Təbəi-tabiin böyük (kibər), orta (vüstə) və kiçik (suğrə) olmaqla üç təbəqəyə bölünür. Hədisləri birbaşa tabiindən rəvayət etmiş şəxslərin təşkil etdiyi kibər təbəqəyə Malik ibn Ənəs və Süfyan əs-Səvri, vüstə təbəqəyə isə Süfyan ibn Uyeynə və İbn Uleyyə kimi alimlər daxildir.
Tabiindən az sayda şəxslə görüşmək imkanı əldə etmələrinə baxmayaraq, rəvayətlərini əsasən təbəi-tabiinin mötəbər şəxslərindən alan üçüncü təbəqədə (suğra) isə əş-Şafii və Əbdürrəzzaq əs-Sənani kimi alimlərin adları qeyd edilir.
Təbəi-tabiin nəsli Bu nəsil İslamın olduğu kimi, səhabə və tabiindən sonrakı nəsillərə çatdırılmasında çalışmış və bu uğurda mübarizə aparmış bir nəsildir. Təbəi-tabiin dövrü hədis təhəmmülü (hədisi təhrif etmədən nəqletmə) və hədis rəvayəti üsullarının ən mükəmməl formaya düşdüyü dövr sayılır. Bu dövrdə hədislər nizamlı olaraq toplanmış, eyni zamanda mövzulara görə bablara (bölmələrə) ayrılmış, təsnif edilmişdir. Bu haqda Raməhörmüzi bunları nəql edir: Bu perioda aid olub, dövrümüzə qədər gəlib çatan müsənnəf əsər Malik ibn Ənəsin "Muvatta" adlı əsəridir.
Səxaviyə görə təbəi-tabiin nəsli hicri 220-ci ildə başa çatmışdır.
Təbəi-tabiindən olanların adları
Sünni fiqh imamları Əbu Hənifə (Bəzilərinə görə Əbu Hənifə Ənəs ibn Maliki gördüyü, ondan və digər səhabələrdən hədislər nəql etdiyi üçün tabiin sayılır.) Əş-Şafii Malik ibn Ənəs Əhməd ibn Hənbəl
Digər təbəi-tabiilər Əbu Yusif Məhəmməd ibn Həsən əş-Şeybani Abdullah ibn əl-Mübarək Məhəmməd əl-Buxari Əl-Leys ibn Səd Həmmad ibn Zeyd Həmmad ibn Sələmə Şöbə ibn Həccac Məkki ibn İbrahim Fudeyl ibn İyad Davud ət-Tai Cəfər Sadiq Əvzai Süfyan ibn Uyəynə Süfyan əs-Səvri
Həmçinin bax Tabiin
İstinadlar
Kateqoriya:İslam terminləri Kateqoriya:Təbəi-tabiinlər Kateqoriya:İslam tarixi Kateqoriya:Sünnilik Kateqoriya:İslam alimləri Kateqoriya:İslamşünaslar Kateqoriya:Tabiinlər