Lüdovik () () — Kipr kralı. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.

Doğum tarixi və uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumata görə, 14 dekabr 1444-cü ildə Stirlinq qalasında Şotlandiya kralı I Ceymsin qızı Anabellayla evlənmişdir. Ancaq cütlüyün toy mərasimi heç vaxt baş tutmadı. Belə ki, 1458-ci ildə nikah ləğv edilmişdir.

7 oktyabr 1458-ci ildə Lüdovik Kipr kraliçası Şarlottayla evləndi və Kipr kralı oldu. Ancaq çox keçmədən xanımıyla birlikdə adadan qaçmağa məcbur oldular və qalan ömürlərini Romada keçirdilər.

Mənbə

Hill, George (1948). A History of Cyprus. Vol. III: The Frankish Period, 1432–1571. Cambridge University Press. Ward, A.W.; Prothero, G.W.; Leathes, Stanley, eds. (1911). The Cambridge Modern History. Vol. XIII. Cambridge University Press

İstinadlar