Vəzirov Miri bəy Mir Baba bəy oğlu () — Azərbaycan Xalq Cümhuriyyətinin Krımda diplomatik nümayəndəsi
Həyatı Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır.
Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı.
Parisdə yerləşən Siyasi Elmlər Məktəbində təhsil alıb.
Təhsilini bitirdikdən sonra Parisdə qalıb və bankda işləməyə başlayıb. 1924-cü ildə vərəm xəstəliyi tutub. 1925-ci il aprelin 27-də Parisdə vəfat edib.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Vəzirovlar (II)