Mirzə Kərim (Ştul, Kürə dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 1894, Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası) — XIX əsrin ləzgi əsilli Azərbaycan şairi. Mirzə Kərim əair kimi “Şüai” təxəllüsü ilə məşhurdur. Onun yaradıcılığı əsasən şikayətnamələr, mərsiyyə və qəzəllər yazmışdır.

Həyatı Mirzə Kərim XIX əsrin əvvəllərində Kürə dairəsinin Ştul kəndində İsrafil adlı kişinin ailəsində anadan olub. Dininə görə o, şiə müsəlman idi.Гасан Алкадари, «Асари Дагестан», с. 160 Kürə dairəsinin başçısı polkovnik Soltan Əhmədbəy Azərbaycan və fars dillərini yaxşı bildiyi üçün Mirzə Kərimi özünə tərcüməçi kimi götürmüşdü. Mirzə Kərim bütün yürüşlərdə polkovniki müşayiət edirdi. İmam Şamilin başçılıq etdiyi Şimali Qafqaz imamlığı məğlub olduqdan sonra Soltan Əhmədbəy təqaüdə çıxır. Təqaüdə çıxdıqdan sonra Əhmədbəy Dərbənddə məskunlaşır. O, şairin ailəsini də şəhərə dəvət edir.

1860-cı ildə İsrafil ailəsi ilə birlikdə Dərbəndə köçür. Elə həmin il Soltan Əhmədbəy intihar edir. Onun intiharına görə Mirzə Kərim ittiham olunur və Sibirə sürgün olunur. Burada şair rus dilini öyrənir. Rus dilini öyrənməsi ona Rusiya mədəniyyəti ilə tanış olmağa imkan verir. Mirzə Kərim sürgündən qayıtdıqdan sonra Dərbəndə qəza rəisi təyin edilir. Şair 1894-cü ildə Dərbənddə vəfat edib.Фирудин Кочарли, «Азербайджанская литература», с. 309

Yaradıcılığı Mirzə Kərim şeirlərini daha çox klassik üslubda “Şüai” təxəllüsü ilə yazırdı. Onun “Şikayət” (“Şikayət”) şeirinin motivi ənənəvidir. Sevgilinin qəddarlığı, vəfasızlığı lirik qəhrəman tərəfindən pislənir. O, həm də qəzəllər müəllifidir. Şairin digər “Bahar çağında” şeirində də bahar və təbiət tərənnüm edilir: Mövsimi-şirətdə gəlib bağa bax,Səhni-çəmənzara çıxıb dağa bax,Bəngi-qəlahü-zəhənü zağa bax,Gör nə təravətdir o yaylaxda.

Firudin bəy Köçərli özünün "Azərbaycan ədəbiyyatı" əsərində Mirzə Kərim Şüai haqqında bunları yazır:Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Üç cilddə. II cild. 2005, 560 səh.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Türk şairlər