Tənha adam () — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır.

Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb.Issız Adama Amerika'dan Ödül Geldi

Mövzu Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi.

Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.

Filmin heyəti Camal Hünal — Alpər Melis Birkan — Ada Ulduz Kültür — Müzəyyən Şərif Bozkurt — Şənol Gözdə Kansu — Sinem Aslı Aybars — Yasəmin Qönçəgül Sunar — müştəri qadın Vəda Yurdsevər — Alpərin dostu

İstinadlar

Kateqoriya:2008-ci ilin Türkiyə filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Dramlar