Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. Sahəsi 44,6 milyon km²-dir.
mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir. Təbii artıma gəldikdə, illik orta artım −1,1% ən cox artımda Yəməndə −3,40%, ən az artım isə Gürcüstanda −0,31%-dir. Əhalinin orta ömur müddəti kişilər üçün — 68,8 il, qadınlar üçün isə 66,4 ildir. Uzunömürlük kişilərdə isə −77,7 il (Yaponiyada), qadınlar yenə Yaponiyada — 84,2 ilə çatır. Ən az ömür müddəti isə Əfqanıstanda müşahidə edilir. Asiyada savadlılığın orta göstəricisi 71% olmaqla Yaponiyada 99%-ə, ən az Nepalda 26% təşkil edir.
Asiyada 48 dövlət, iki xüsusi statusa malik olan ərazi var. Sakit okeanda Britaniya ərazisində və Fələstindən ibarətdir. İdarə olunma formasına görə 34 respublika,14 monarxiya mövcuddur. Deyilənlərdən 4-ü federativ quruluşa, 9-u konstitusiyalı monarxiya, 5-i isə mütləq monarxiyaya malik olan dövlətlərdir. Asiya əhalisinin irqi, milli və dil tərkibi çox mürəkkəbdir. Burada bəşəriyyətin 4 aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstrolid və neqroid irqləridir. Regionda mindən artıq xalq yazır ki, onlar da 200-dən artıq dil və dialektə aiddirlər. Hindistan, indoneziya Filippin, İran, Əfqanıstan, Pakistan, Malaziya və digərləri çoxmillətli dövlət sayılırlar. Banqladeş, Yəmən, Kampuçiya, Çin, Koreya Xalq Demokratik Respublikası, Maldiv, Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. İslam, induizm, buddizm dinləri aparıcı sayılırR. H. Məmmədov, Tofiq Bəhrəçi, V. Z. Mehdiyüva, T. Quliyev.
Asiya Avropa ilə birlikdə 54 mln. km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şərq yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahəsi Cənubi Amerika, Antraktida və Avstraliyanın birgə götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Ural və ya Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Don çayının aşağı axını, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi olaraq qəbul edilmişdir. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.
Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan yarımadası Ərəbistan və Hindistan yarımadası Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir.
Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal, Taymır, Çukot yarımadaları və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.
Etimologiya Tarix, mədəniyyət və elmin inkişafında böyük rol oynayan assuriyalılar e.ə. iki min il əvvəl Aralıq dənizindən şərqdə olan ölkələri Asu adlandırmışlar. "Asiya" etimologiyası Assuriya dilində "asu" sözündən əmələ gəlib "günçıxan", "şərq" mənasını daşıyır. Qurunun təqribən 30 %-ni təşkil edir. Şimal yarımkürəsinin coğrafi qurşaqlarını tutur. Şimaldan cənuba 8200 km, şərqdən qərbə 8500 km-ə qədər uzanır.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
Relyef thumb|right|300px|Dünyanın ən yüksək zirvəsi olan Everest Asiya qurunun ən yüksək qitəsidir. Yer kürəsinin ən uca dağ silsilələri və iri düzənlikləri onun ərazisində yerləşir. Asiyanın ən ucqar dağ zirvəsi olan Everest ilə ən dərin çökəkliyi Ölü dəniz arasındakı hündürlük fərqi 9.200 metrdən artıqdır. Qitənin əsasını qədim Avrasiya litosfer tavası təşkil edir. Həmin tava Sibir, Çin-Koreya, Cənubi Çin, Hindistan, Ərəbistan platformalarından ibarətdir. Müxtəlif geoloji dövrlərdə baş verən dağəmələgəlmə prosesləri bu platformaları birləşdirərək qitənin ərazisini xeyli genişləndirmişdir. Paleozoy erasında Altay, Sayan, Tyanşan dağlarının ətəkləri, Böyük Xinqan dağları formalaşmışdır. Asiyanın Lena çayından şərqdə yerləşən dağları Mezozoy qırışıqlığı dövründə əmələ gəlmişdir. Avrasiya və Hind-Avstraliya tavalarının birləşdiyi sahələrdə Kaynozoy erasının əvvəllərində güclü dağəmələgəlmə prosesləri baş vermiş, nəticədə nəhəng Alp-Himalay qurşağı yaranıb. Bura Kiçik Asiya, İran yaylası, Qafqaz, Hinduquş, Pamir, Tyanşan, Kunlun, Himalay dağları, Hindçin yarımadasının qərbi, Zond adaları daxildir. Asiyanın şərqində Sakit okean tavasının Avrasiya tavasının şərq kənarları ilə qovuşduğu sahədə zəncirvarı ada qövsləri və dərin ada çökəklikləri əmələ gəlmişdir. Bu qurşağa Kamçatka yarımadası, Kuril, Yapon, Filippin adaları daxildir. Ona Sakit Okean "odlu halqası" da deyilir. Asiyanın qeyd edilən hissəsində Yer qabığı çox fəaldır, relyefin inkişafı indi də davam edir. Bu sahələrdə tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.
Vulkan rayonlarında çoxlu qaynar bulaqlar – qeyzerlər də fəaliyyətdədir. Zəlzələlər Asiyanın cənubundakı seysmik qurşaqda da xeyli fəaldır. 1902-ci ildə Şamaxı şəhərində baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdı. 1911-ci ildə Alma-Ata, 1948-ci ildə Aşqabad, 1966-cı ildə isə Daşkənd şəhəri zəlzələ nəticəsində viran qalmış, on minlərlə adam həlak olmuşdu. Asiyanın seysmik qurşaqlarında çoxlu sayda fəaliyyətdə olan və sönmüş vulkan var. Qitənin fəaliyyətdə olan ən uca vulkanı Kamçatka yarımadasındakı Klyuçi Sopkasıdır (4750 m). Böyük Zond adalarında yerləşən Krakatau vulkanı dəhşətli püskürmələri ilə məşhurdur. Abşeron yarımadası və Qobustanda çoxlu sönmüş və fəaliyyətdə olan palçıq vulkanları var. Hazırda vulkan və isti bulaqlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Yerin dərinliklərindən çıxan isti buxar və sulardan elektrik enerjisi alınır, evlər və istixanalar qızdırılır. Yerin daxili enerjisindən Yaponiyada, Rusiyada, İndoneziyada və digər ölkələrdə geniş istifadə edilir.
Asiyanın müasir relyefinin formalaşmasında qədim materik buzlaşmasının böyük rolu olub. Qədim buzlaqlar Taymır yarımadası və Uralın şimal qurtaracağından cənuba hərəkət edərək geniş sahələri basmışdır. Bəzi sahələrdə buzların qalınlığı 1,5–2 kilometrə çatırdı. Qədim buzlaşmalar Asiyanın relyefini kəskin dəyişdirmişdir. Şimalda buzlaqların əriməsi nəticəsində müxtəlif ölçülü süxur qalaqları olan morenlər səthdə qalın örtük yaradıb.
Asiya ərazisinin yarıdan çoxunu dağlar və yaylalar tutur. Düzənliklər kimi dağlar da mənşəyinə və yaşına görə fərqlənir. Burada həm cavan, həm də qədim dağlar var. Cavan qırışıq dağlar qitənin şərq və cənub kənarlarında iki nəhəng qurşaq əmələ gətirir. Alp-Himalay qurşağı Atlantik okeanı sahillərindən Sakit okeana qədər davam edir. Bu qurşağa Asiyanın qırışıq-faylı Qafqaz, Pamir, Hindiquş, Himalay dağları aiddir. Himalay dağları qövsvari şəkildə Hindistan yarımadasının şimalı ilə qərbdən şərqə doğru 2400 km məsafədə uzanır. Onun ən hündür nöqtəsi Everest dağıdır (8848 m). Əksər zirvələri qar və buzlaqlarla örtülüdür. Himalay dağlarından şimalda 2 milyon km² sahəni əhatə edən dünyanın ən hündür yaylası olan Tibet yaylası yerləşir. Tibet yaylasının şimalında bəzi zirvələrin hündürlüyü 7000 metrə çatan, qar və buzlaqlarla örtülü Kunlun dağları yerləşir. Onun uzunluğu 2000 km-dən artıqdır.
Daha şimalda Mərkəzi Asiyanın yüksək düzənlikləri geniş əraziləri əhatə edir. Onlardan ən böyükləri Qobi, Tarım və Cunqar yüksəklikləridir. Qeyd olunan yüksək düzənliklərdə quru iqlim şəraitində geniş səhralar yaranıb. Təklə-məkan və Qobi səhraları buna misaldır. Himalay dağları qərbdə Hindiquş dağları ilə, onlar isə Pamirlə qovuşur. Pamir dağlarının hamar, yüksək səthindən 7000 metrə qədər ucalan çılpaq zirvələri diqqəti cəlb edir. Hamar səthlər və zirvələr buzlaqlarla örtülüdür. Qara dəniz və Xəzər dənizi arasında 1500 km məsafədə uzanan Qafqaz dağları da cavan qırışıqlığa aiddir. Dağ əmələgəlmə prosesi burada hələ də davam edir. Böyük və Kiçik Qafqaz dağları arasında Kür-Araz və Kolxida ovalıqları yerləşir.
Asiya Yer kürəsinin ən mürəkkəb iqlim şəraitinə malik hissəsidir. Bunun səbəbi Asiya ərazisinin böyüklüyü, xüsusilə onun şimaldan cənuba və qərbdən şərqə doğru geniş ərazi boyu uzanmasıdır. Şimal yarımkürəsinin ən soyuq sahəsi Asiyada yerləşir (Oymyakon, −71 °C). Yer kürəsində ən yüksək rütubət də Asiya qitəsindəki Himalay dağlarının cənub-şərq ətəklərindədir. Asiyanın iqliminin formalaşmasına coğrafi enlik, hava kütlələri, okean və dənizlər, səth örtüyü çox böyük təsir göstərir. Asiyanın cənub əraziləri günəşdən şimal ərazilərə nisbətən iki dəfə çox istilik alır. Tropik enliklərdə günəşdən Yer səthinə gələn istilik enerjisi (günəş radiasiyası) 80–200 kkal/sm², şimal qütb dairəsində isə 100 kkal/sm² təşkil edir. Ərəbistan yarımadası Yer kürəsinin ən çox günəş radiasiyasına malik sahəsidir (220 kkal/sm²). Asiya iqliminin qərbdən şərqə doğru kəskin dəyişilməsi okeanların, dənizlərin və hakim küləklərin təsiri ilə bağlıdır. Asiyanın mülayim enlikləri Avropaya nisbətən az rütubətlidir. Asiyanın şimal rayonları az yağıntını qəbul etməklə yanaşı, kəskin kontinentallığı ilə də fərqlənir. Qışda Asiyanın şimal rayonlarının çox hissəsi qarla örtülüdür, bu da günəş şüalarının bir qismini əks etdirir və havanın temperaturunu aşağı salır.
İqlimin formalaşmasında atmosfer dövranının da böyük rolu var. Şimaldan Asiyaya daxil olan Arktika hava kütlələri geniş məsafədə materikin daxili hissələrinə təsir göstərir. Qitənin şərq hissələrinin iqliminə yayda Sakit okeandan gələn rütubətli dəniz hava kütlələri, qışda isə qitənin daxili hissələrindən gələn kontinental hava kütlələri təsir edir. Kurosio cərəyanı tropik enliklərdə Asiyanın mülayim enliklərinə, xüsusilə Sakit okean adalarına istilik və rütubət gətirir. Asiyanın cənub-şərq hissələrinin iqlimi mussonlardan çox asılıdır. Okeanlardan quruya doğru əsən yay mussonları özü ilə çoxlu yağıntı, qış mussonları isə quru, aydın hava gətirir. Musson iqlimi Hindistan və Hind-Çin yarımadaları üçün xüsusi səciyyəvidir. Hind okeanından materikə doğru əsən mussonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən dənizə doğru əsir. Yalnız yay aylarında materik üzərində alçaq təzyiq əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir.