Nasuhzadə Əli Paşa () — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi.

İndiki Albaniya sahillərində doğulub böyümüş, burada ticarət gəmilərinə kaptan olmuşdur. Dənizçilik bilgisi səbəbilə Kiçik Hüseyn Paşanın kaptanlığı dönəmində tərsanəyə alınaraq yetişdirilmiş, 1810-cu ildə kaptan olmuşdur. Ardından Albaniya sahillərini qorumaq məqsədilə Prevezəyə göndərilmişdir. Uzun illər dənizlərdə xidmət etdikdən sonra 15 noyabr 1821-ci ildə vəzir rütbəsiylə kaptan-ı dərya təyin edildi, Ancaq çox keçmədən 20 aprel 1822-ci ildə Saqqız adası yaxınlığında baş verən qəzada şəhid düşdü. Cənazəsi Saqqız adasında dəfn edildi.

Mənbə Sicill-i Osmani I cild, səh. 307.

İstinadlar

Kateqoriya:Osmanlı albanları Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Soyqırım törədənlər