Köhnəkənd — Azərbaycan Respublikasının Laçın rayonunun Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il dekabr ayının 1-də erməni işğalından azad edilib.

Tarixi Kiçik Kirs dağının ətəyindədir. Keçmiş adı Kirs olmuşdur. Yerli əhalinin məlumatına görə, Kirs kəndi XV əsrdə teymurilərin işğalı zamanı tamamilə dağıdılmışdı. Sonralar Xocavənd rayonunun Susanlıq kəndindən çıxmış ailələrin buradakı köhnə kəndin yerində məskunlaşması nəticəsində yaranan yeni yaşayış məntəqəsi ərazinin adı ilə Köhnəkənd adlandırılmışdır.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 420 nəfər olmuşdur.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri