Eduard Melikoviç Ayanyan (; ; ) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi.
Həyatı Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.
1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur. 1-ci dərəcəli "Vətən müharibəsi" və "Qırmızı ulduz" ordenləri ilə təltif olunmuşdur. 15 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 26 fevral 1994-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Амирханян М. Д. Армяне — Герои Советского Союза. — Ер., 2005. — 202 с. — ISBN 99930-4-342-7. Герои Советского Союза: Краткий биографический словарь. — М.: Военгиз, 1987. — Т. 1. Золотые Звезды Азербайджана. — Б., 1975. Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. — СПб., 2005. — 312 с. — ISBN 5-9676-0034-5.
Xarici keçidlər Аянян Эдуард Меликович. Сайт "Герои страны".
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları