Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı.

Məzmun Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.

İstinadlar

Kateqoriya:Xalid Hüseyninin kitabları

Xarici keçidlər Xalid Hüseyninin rəsmi veb-saytı Dəniz duası kitabı