Milli Birlik Partiyası (, UBP) — Şimali Kiprdə milli mühafizəkar siyasi partiya. 11 oktyabr 1975-ci ildə Rauf Denktaş tərəfindən təsis edilmişdir. Partiya yarandığı vaxtdan 1994–1996-cı illər istisna olmaqla, 2003-cü il seçkilərinə qədər hakimiyyətdə olmuşdur. 2009-cu ildə Şimali Kipr Nümayəndələr Palatasına keçirilən qanunvericilik seçkilərində partiya səslərin 44%-ni və 50 oturacaqdan 26-sını qazanaraq çoxluq hökumətini formalaşdırmışdır. Partiyanın namizədi, keçmiş baş nazir Dərviş Eroğlu 17 aprel 2005-ci ildə Şimali Kiprdə keçirilən prezident seçkilərində 22,8% səs toplamışdır. 2016-cı ildən 2018-ci ilin əvvəlindəki seçkilərə qədər partiya lideri Hüseyn Özgürgün baş nazir vəzifəsini icra etdiyi Demokratik Partiyanın azlıq hökumətində baş tərəfdaş olmuşdur.
İstinadlar
Kateqoriya:Şimali Kiprdəki siyasi partiyalar Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:Avropa mühafizəkar partiyaları Kateqoriya:Türk milliyətçiliyi Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:Sağçı partiyalar Kateqoriya:Asiya mühafizəkar partiyaları