Maya Houk (; ) — amerikalı aktrisa, model və müğənni.

Həyatı Maya 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib. Onun valideynləri 1998-ci ilin may ayında evlənmiş və 2005-ci ildə ayrılmışdırlar. Mayanın bir qardaşı var. Atası ikinci dəfə ailə həyatı qurub – ögey anası Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var.

Maya Houk ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.

Hokun disleksiyası var idi və buna görə o, ibtidai təhsil illərində çətinlik çəkdiyinə görə tez-tez oxuduğu məktəbi dəyişdirməli olmuşdur. Ən sonda Nyu-Yorkun Bruklin ərazisində yerləşən Müqəddəs Ann məktəbinə getmiş və təhsilini orada tamamlamışdır.

Karyerası

Model Həm anası həm də nənəsi kimi Hok da modellik karyerasına başladı və o, Vogue jurnalı üçün pozalar verdi. Həmçinin ingilis dəb pərakəndəçisi AllSaints-in 2016/2017 kolleksiyasının üz qapağı seçildi. 2017-ci ildə Kalvin Kleinin iç geyim seriyası üçün çəkilmiş video kampaniyasında rol aldı.

Aktrisa Hok 2017-ci ildə BBC-nin "Balaca qadın" miniserialında Co Mark rolunu canlandırdı. 2019-cu ildə Netflix serialı "Qəribə şeylər"in üçüncü mövsümündə Robin Bakli rolunu canlandırdı. Hok həmin yay Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmində Linda Kasabiya rolunda yer aldı.

Hokun 2018-ci ilin oktyabr ayında "Əsas axın" filmində yer alacağı açıqlandı. 2021-ci ilin iyul ayında Netflix platformasında yayımlanan qorxu filmi "Qorxu küçəsi birinci hissə: 1994"də Hater rolunu canlandırdı.

Müğənni Hok 2019-cu ilin avqust ayında ilk iki sinqlı olan "Bir oğlanı sevmək" və "Açıq qal"ı yayımladı. Sinqllar Hok və "Qremmi" mükafatı qazanmış müğənni və bəstəkar Cess Harris tərəfindən yazılıb qeydə alınmışdır. Hok ilk canlı solo kansertini 2020-ci ilin əvvəlində Nyu-York şəhərində keçirmişdir. Hok 18 mart 2020-ci ildə "Özüm tərəfindən" sinqlını yayımlayıb Blush adlı ilk albomunu çıxardı. Albomun ikinci sinqlı "Əhatə" 22 aprel 2020-ci ildə yayımlandı. Blush albomu əvvəlcə 19 iyun 2020-ci ildə bazara çıxarılacaqdı amma 21 avqust 2020-ci il tarixinə keçirildi. Hok bu haqda yazırdı: "Mənə elə gəlir ki, bu, özünü tanıtma vaxtı deyil. Bu, aktivləşmə, təhsil və özünü yoxlama vaxtıdır." Hok albomun çıxmasını dəstəkləmək üçün ilk dəfə "Bu günün şousu"na qonaq oldu.

Filmoqrafiya +Televiziya və filmİlBaşlıqRolQeyd2017Balaca qadınCo MarkMiniserial2018Qadın dünyasıRomiFilm2019Bir dəfə HollivuddaLinda KasabiyaFilm2019Qəribə şeylərRobin BakliBaş rol (3-cü mövsüm)2019İnsan kapitalıŞannonFilm2020Yaxşı lord quşEnni BraunMiniserial2020Əsas axınFrenkiFilm2021İtaliya araşdırmalarıErinFilm2021Qorxu küçəsi birinci hissə: 1994Haterİnternet filmi2022Qisas alEleanor2022Asteroid şəhəriJune Douglas

Diskoqrafiya Studiya albomları Blush (2020) Moss (2022) Chaos Angel (2024)

Mükafatlar və namizədliklər İlMükafatKateqoriyaİşNəticəİst.201945-ci Staurn mükafatıİnternet verilişində ən yaxşı qonaq aktrisaQəribə şeylər 202026-cı Ekran Aktyorları Gildiyası MükafatıDram serialında heyətin möhtəşəm performansıQəribə şeylər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1998-ci ildə doğulanlar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:Film aktyorları Kateqoriya:Televiziya aktrisaları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Nyu-York ştatında doğulanlar Kateqoriya:8 iyulda doğulanlar Kateqoriya:Bruklində doğulanlar Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar