Xırmanlar — Azərbaycan Respublikasının Laçın rayonunun Zerti kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd Qarabağ yaylasındadır. Keçmişdə köhnə xırmanların (taxıl döymək, təmizləmək və qurutmaq üçün hazırlanmış düzən yer, meydança xırman adlanır) yanında Xırmanlar adlanan binə XX əsrin 30-cu illərində daimi yaşayış məntəqəsinə çevrilmiş, kənd həmin adı saxlamışdır.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri