thumb|Bolşevik, Boris Kustodiev, 1920 Bolşeviklər — Rusiya Sosial Demokrat Fəhlə Partiyasının radikal qolu (fraksiyası). RSDFP-nin parçalandıqdan sonra fraksiya bolşeviklərə və menşeviklərə ayrılmışdır.Большевики / И. С. Розенталь // "Банкетная кампания" 1904 — Большой Иргиз. — М. : Большая российская энциклопедия, 2005. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 3). — ISBN 5-85270-331-1.
"Bolşeviklər" RSDFP-nin II Qurultayından sonra partiyanın Mərkəzi Komitəsinə seçkilərdə səs çoxluğu qazanmış qrup adlandırılmağa başladı. Bolşeviklər peşəkar inqilabçılardan ibarət partiya yaratmağa çalışırdılar, menşeviklər isə partiyanın kriminallaşdırılmasından ehtiyatlanır və avtokratiyaya (reformizmə) qarşı legitim mübarizə üsullarına meyil edirdilər. Marksizm ideyasında qalan bolşeviklər eyni zamanda 19-cu əsrin ikinci yarısının inqilabçılarının (S. Q. Neçayeva, P. N. Tkaçev, N. Q. Çernışevski) ideologiya və praktikasının elementlərini mənimsəmiş və belə daxili solçularla çoxlu ümumi cəhətlərə malik idi — populizm və anarxizm kimi radikal hərəkatlar. Bolşeviklər Böyük Fransa inqilabının təcrübəsindən, ilk növbədə, Yakobin diktaturası dövrünün təcrübəsindən istifadə etdilər, onların lideri V. İ. Lenin bolşevikləri — "yakobinlər" menşevikləri — "jirondistlər"lə müqayisə etdi.Лельчук В. С., Тютюкин С. В. Глава XII. Большевики // Политические партии России: история и современность / Под ред. А. И. Зевелева, Ю. П. Свириденко, В. В. Шелохаева. — М.: РОССПЭН, 2000. — 631 с.
Faktiki parçalanma 1912-ci ildə, Lenin RSDFP-dəki digər cərəyanlarla kompromis axtarışından əl çəkərək onlarla əlaqəni kəsməyə getdiyi zaman baş verdi. 1912-ci ilin yanvarında Praqa konfransında (nümayəndələri əsasən bolşeviklərdən ibarət idi) qanuni partiya qurmağa yönəlmiş "təsviyyəçilərin" partiyadan çıxarılması elan edildi. Bolşeviklər əslində müstəqil partiyaya çevrildilər. 1913-cü ildə bolşeviklər — Dövlət Dumasının deputatları birləşmiş sosial-demokrat fraksiyasını tərk edərək müstəqil Duma fraksiyası yaratdılar. Nəhayət, bolşeviklər 1917-ci ilin yazında RSDFP (b)-nin ayrıca partiyasına (partiyanın adı qurultayda və ya konfransda rəsmi olaraq qəbul edilmədi) çevrildilər. Özlərini 1917-ci ilin yazından ÜKP(b)-nin XIX qurultayına qədər partiyasının adlarında(b) — "bolşeviklər partiyası" nəzərdə tutan bolşeviklərdən fərqli olaraq, İlk dəfə 1905-ci il məqalələrində Leninin işlətdiyi "menşeviklər" sözü həmişə qeyri-rəsmi olub.
Bir sıra tədqiqatçılar bolşevikləri radikal ekstremist siyasi cərəyan kimi səciyyələndirirlər.Кенез П. Красная атака, белое сопротивление. 1917–1918 / Пер. с англ. К. А. Никифорова. — М.: ЗАО Центрполиграф, 2007. — 287 с. — (Россия в переломный момент истории). ISBN 978-5-9524-2748-8, с. 13.Ашин Г. К. Формы рекрутирования политических элит // Общественные науки и современность. 1998. № 3. С. 85–96.Ципко А. С. У нас в России все экстремизмы опасны // "Российская газета" — Федеральный выпуск № 4103 от 28 июня 2006 г.Рыбаков С. В. Лекция 16. Гражданская война // Вторая половина XIX–XX вв. Курс лекций. Ч. II. / Под ред. акад. Б. В. Личмана. — Екатеринбург: Уральский гос. тех. ун-т, 1995.Гейфман А. Революционный террор в России, 1894–1917 / Пер. с англ. Е. Дорман. — М.: КРОН-ПРЕСС, 1997–448 с. — (Серия "Экспресс") ISBN 5-232-00608-8, глава 3 "Социал-демократы и террор", раздел "Террор на практике: Большевики": "Используя убийства в целях устрашения сторонников самодержавия, большевики также стремились посеять смятение и панику в правительственных структурах и таким образом помешать властям бороться с распространяющимся революционным насилием. Экстремисты безжалостно расправлялись со своими "мишенями", которыми были главным образом местные правительственные служащие от полицейских инспекторов фабрик до городовых. Комментируя эти акты, некоторые большевики признавали разрушительное воздействие насилия ради насилия: "В 1907 году, осенью… боевая молодёжь потеряла руководство и стала отклоняться в анархизм… устроила несколько экспроприаций, потом убийства стражников, городовых, жандармов… Они были заражены и считали, что надо просто действовать". Два таких террориста-большевика "от нечего делать преследовали казаков, ожидая удобного момента, чтобы забросать их бомбами"".Боханов А. Н. Николай II / А. Н. Боханов. — М.: Вече, 2008. — 528 с.: ил. — (Императорская Россия в лицах). ISBN 978-5-9533-2541-7, с. 184: "Выборы в Государственную Думу проходили в марте 1906 года. В стране ещё бушевали общественные страсти, и ежедневно из различных мест Империи поступали сообщения о погромах, поджогах, насилиях и убийствах на политической почве. Но ситуация уже начинала поддаваться контролю со стороны властей, хотя в некоторых окраинных районах продолжала сохраняться нестабильность, и там не удалось организовать процедуру "народного волеизъявления". Экстремистские группировки, например большевики-ленинцы, призывали к бойкоту. Они всё ещё надеялись на возможность "народного восстания"".
Hakimiyyəti ələ keçirmələri 1917-ci il oktyabr hadisələri ərəfəsində Rusiya artıq bir il əvvəlki imperiya deyildi. 1917-ci il fevralında inqilab baş vermiş, mütləqiyyət faktiki olaraq devrilmişdi. Doğrudu çar II Nilolay (1868 – 1918) martın 2 də qardaşı Böyük knyaz Mixailin (1878 – 1918) xeyrinə taxt – tacdan əl cəkmişdi. Lakin, knyaz Mixail taxt – tacı qəbul etməkdə tərədüd edirdi. Maraqlıdır ki, əgər knyaz Mixail taxt – tacı qəbul etsəydi ölkədə konstitusiyalı monarxiyanın yaradılma etimalı daha real görünürdü. Knyaz Mixail isə, 1917-ci ilin noyabrına nəzərdə tutlmuş Müəssisələr Məclisinə seçkiləri və onun açılışını gözləyirdi. Çünki, məhz Müəssisələr Məclisi ölkənin gələcək siyasi quruluşunu və konstitusiyasını qəbul edəcəkdi. Digər tərəfdən isə, Böyük knyazın tərədüdünün əsas səbəblərində biri siyasi şantaj olmuşdu. Belə ki, Dövlət dumasının sədri M. V. Rodzyanko (1859 – 1924) onu inandırmışdır ki, əgər o taxt – tacı qəbul edərsə Peteroqradda xalq üsyanı yeniden baş qaldıra bilər və bu zaman duma onun həyatına zəmanət verməyəcək. Halbuki, martın 3 də bir çox hərbi hissələrdə yeni imperator Mixailə andiçmə mərasimləri keçirilmişdi.
İmperator II Nikolayın martın 2 də imzaladığı digər fərmanla Baş nazir N. Qoliçının rəhbərlik etdiyi hökuməti buraxılmış, onun əvəzinə Dövlət dumasının üzvü, kadet partiyasının liderlərindən olan knyaz Q. Lvov (1861 – 1925) Müvəqqəti hökumətin Baş naziri təyin edilmişdi. Həmin ilin iyulunda isə onu, eserlərin nümayəndəsi A. F. Kerenski (1881 – 1970) əvəz etmişdi.
Məhz fevral inqilabından (Həmin inqilabın nə dərəcəd burjua inqilabı olması ciddi suallar və şübhələr yaradır)sonra həbsxanadakı məhbuslar azad edilmiş, bir çox siyasi mühacirlər geri dönmüş, əksər sol partiya və hərəkatlar leqal fəaliyyətə keçmişlər. İnqilabdan sonra da, ictimai – siyasi və sosial vəziyyət gərgin olaraq qalmaqda davam edirdi.
Fevral inqilabının əsas xüsusiyyətlərindən biridə ondan ibarət idi ki, inqilabdan dərhal sonra fəhlə deputatları soveti yaradılmışdı. Lakin, tezliklə Petroqradakı herbi hissələr inqilabın tərəfinə keçdikləri üçün həmin sovetin adı dəyişdirilərək Petroqrad fəhlə və əsgər deputatları soveti adlandırıldı. Doğrudu rusiya tarixindən sovetlərin inqillabda oynadığı rol hələ 1905 – 1907-ci illər Birinci Rus İnqilabından məlum idi. Belə ki, 1905-ci il may–iyun aylarında İvanovo – Voskrenskayada (İndiki İvanovo şəhəri) təşkil edilmiş kütləvi tətillərdə ilk dəfə olaraq fəhlə deputatları soveti yaradılır. Məhz həmin sovet faktiki olaraq bir ay ərzində şəhərdə hakimiyyəti ələ alaraq idarə etmişdi. Petroqrad soveti əsasən sol qüvvələrin kütləni və inqilabı idarə etmək üçün yaratdıqları qurum idi. Burada əsasən eser və menşeviklər üstünlük təşkil edirdilər. Petroqrad sovetinə isə menşevik N. Çxeidze (1864 – 1926) rəhbərlik edirdi.
1917-ci il fevral inqilabı zamanı bolşeviklərin lideri V. İ. Lenin (1870 −1924) avropada mühacirətdə yaşayırdı. O, fevral inqilabı barədə məlumatı yalnız iki gündən sonra qəzetlərdən oxuyur. Xaricdə yaşamasına baxmayaraq, Lenin Rusiyada inqilaba dair dəqiq plana və kifayət qədər maliyyə mənbələrinə malik idi. Həmin dövrdə, xaricdə yaşayan sol təmayüllü siyasi qüvvələrin liderlərinin əksəriyyəti müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edirdilər. Belə ki, hələ birinci rus inqilabı zamanı Avstriyada yaşayan Lenin və bir müddət sonra bura gəlmiş L. D. Trotski (1879 – 1940) sonralar Avstriya Xarici İşlər naziri olmuş, Avstriya Sosial – Demokratların liderlərindən olan V. Adlerle (1852 – 1918) geniş əməkdaşlıq edirdilər.
Əlbəttə, rus inqilabçılarının xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi heçdə birinci dəfə deyildi. Belə ki, hələ 1904 – 1905-ci illər Rus – Yapon müharibəsi və 1905 – 1907-ci illər inqilabı zamanı Yaponiya Baş Hərbi Qərargahı gizli şəkildə rusiyadakı sol təmayüllü siyasi qüvvələrə 153 min funt sterlinq məbləğində silah vermişdi. Bundan əlavə, imperiya daxilində milli məsələləri daha da gərginləşdirmək üçün yapon kəşfiyyatı Stokholmdakı hərbi attaşe Asaki Motodziro (1864 – 1919) vassitəsilə Polşa Sosialist Partiyasının lideri Y. Pilsudskiyə (1867 – 1935) 200 min dollar maliyyə yardımı etmişdi. Finlandiyada Aktiv Müqavimət Partiyasınln lideri K. Çilliakus (1855 – 1924) Gürcüstanda isə, Sosialist – Federalistlər Partiyası Asaki vassitəsilə yaponiyadan maliyyə yardımları almışlar. 1905-ci il 9 yanvar hadisələrində əsas provokator rolunda çixiş edən, tarixdə daha çox "Keşiş Qapon" kimi tanınmış rus provaslav kilsəsinin keşişi Q. A. Qaponun (1870 – 1906) yaponiyadan maliyyə yardımı alması da məlum idi.
Birinci Dünya müharibəsi (1914 – 1918) zamanı Rusiya ilə müharibə aparan Almaniya, Rusiyanın müharibədən çıxmasında maraqlı idi. Bu məqsədə nail olmaq üçün yeganə çıxış yolu Rusiyanın daxildən çökdürülməsi ola bilərdi. Belə bir təcrübə hələ 1904 – 1905-ci illər rus – yapon müharibəsi zamanı uğurla sınaqdan keçmişdi.
Birinci Dünya müharibəsinin gedişində 1915-ci ildə, Almaniya kəşfiyyatı professional rus inqilabçısı Aleksandr Lvoviç Parvus ləqəbli İzrail Lazaroviç Qelfandla (1867 – 1924)əlaqə yaradır. Geniş biliyə və inqilabi təcrübəyə malik olan Parvus, almaniya xüsusi xidmət orqanları üçün Rusiyada inqilabı necə təşkil etməyin mümkünlüyü barədə geniş plan hazırlayır. Bu məqsədlə O, 1915-ci ilin mayında Leninlə görüşmək üçün Sürixə gedir və Leninlə danışıqlar aparır. Əlbəttə, sovet tarixşünaslığında Parvus haqqında danışmağı bir o qədər də xoşlamırdılar. Bu da təbii idi. Çünki, bəzi mülahizələrə görə Leninin almaniya xüsusi xidmət orqanları ilə əməkdaşlığını məhz Parvusun yaratdığı barədə fikirlər mövcutdur. Lakin, sonradan Leninlə Parvus arasındakı münasibətlər korlanır. Buna isə əsas səbəb maliyyə məsələləri olur. Belə ki, Parvus M. Qorkinin (1868 – 1936) "İnqilab Burevestniki" adlı əsərinin Almaniyada tamaşaya qoyulmasını təklif edir. Razılaşmaya əsaən, əldə olunan gəlirin böyük bir hissəsi Leninin rəhbərlik etdiyi bolşeviklər partiyasının xəzinəsinə, 1/4 hissəsi isə müəllifə çatacaqdı. Tamaşalardan əldə edilən 132 min mark Parvus tərəfindən mənimsənilir. Sonradan məlum olur ki, Parvus həmin pulları İtaliyada tanınmış alman sosial – demokratı, marksist R. Lüksemburq (1871 – 1919) ilə eşq macərasına xərcləyib. Lakin, bütün bunlar sonra olacaqdı. Hələliksə, Leninlə görüşən Parvus dərhal Danimarkaya gedərək orada offşor şirkətlər yaradır. Əsas məqsəd isə, həmin şirkətlər vassitəsilə Rusiyada inqilab üçün Almaniyadan göndərilən pulların leqallaşdırılması idi. Məlumatlara görə, almaniya tərəfi Rusiyada inqilabın təşkili üçün Parvusa bir miyon qızıl mark vermişdi. Lakin, həmin pulların neçə faizinin Leninə çatdığl və neçə faizinin Parvus tərəfindən mənimsənildiyi məlum deyil.