Arifə Qədriyə Sultan () — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
Qədriyə Sultan 24 mart 1895-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Yıldız sarayında yaşamışdır. Bu səbəblə Yıldız sarayında dünyaya gələn Qədriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Qədriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Qədriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu. İlk öncə Avstriyaya gedən ailə daha sonra Nitsaya köçdü. Burada piano müəlliməsi olaraq çalışan Qədriyə Sultanın əri Mehmed Rəşid bəy isə küçədə kibrit sataraq pul qazandı. Burada ikinci övladını dünyaya gətirdi. O illərdə tanış olduğu isveç əsilli Roza Keller ilə yaxın münasibət saxladı. Hətta vəsiyyətində vəfatından sonra Roza Kellerin əriylə evlənməsini və qızlarına analıq etməsini istəmişdir.
Tutulduğu vərəm xəstəliyi səbəbilə Qədriyə Sultan gənc yaşda 5 aprel 1933-cü ildə Nitsada vəfat etdi və cənazəsi burada dəfn olundu. Ölümündən sonra vəsiyyətinə uyğun olaraq, Roza Kellerlə evlənən əri Mehmed Rəşid bəy qızlarıyla birlikdə İsveçrəyə köçdü.
Övladları
Məlikə xanım Sultan (d. 6 fevral 1923, Dolmabağça sarayı - ö. 2007) — Alfred Jirodi (d. 1914, Nitsa - ö. 1998) ilə evləndi və 1 övladı oldu. Pyer Erol Jirodi Osman (d. 14 dekabr 1949) — İlk evliliyi 3 yanvar 1980-ci ildə Mari-Kristin Meuas ilə baş tutdu. Bu nigahdan 2 övladı oldu. İkinci evliliyi isə 23 oktyabr 1999-cu ildə Martina Robert ilə baş tutdu. Jülyen Cem Jirodi (d. 11 noyabr 1980, Paris - ö. 8 may 2019, Nitsa) Maqali Məlikə Jirodi (d. 10 oktyabr 1982, Fransa) Əmirə xanım Sultan (d. 7 dekabr 1927, Nitsa - ö. 23 may 2004, Nitsa) — 17 dekabr 1957-ci ildə Jozef-Rene Şovel (d. 1935) ilə evləndi və 3 övladı oldu. Jan-Mark Veli Şovel (d. 16 oktyabr 1957, Nitsa) — 21 sentyabr 1983-cü ildə Alina Kovalski ilə evləndi və 2 övladı oldu. Delfina Mari-Kler Roksana Şovel (d. 2 aprel 1984, Nitsa) Korali Estell Əmirə Şovel (d. 2 may 1988, Nitsa) Annik Qədriyə Chauvel (d. 4 may 1959, Nitsa) — 28 noyabr 1987-ci ildə Jan-Pyer Giringelli ilə evləndi və 2 övladı oldu. Roland Giringelli (d. 6 may 1998, Nitsa) Qaetan Giringelli (d. 13 noyabr 1990, Nitsa) Frank Erol Şovel (d. 21 noyabr 1961, Nitsa) Antoni Daniel Covanni Şovel (d. 1 mart 1998, Nitsa)
Mənbə
Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. ISBN 978-9-774-16837-6 Kırpık, Cevdet (2011). "Şehzade Evliliklerinde Değişim". OTAM (in Turkish)
Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları