Qvinn Şotvell (; qızlıq soyadı: Rovli, ) — amerikalı iş qadını və mühəndis. O, ABŞ komsik şirkəti SpaceX-in prezidenti və baş əməliyyat direktorudur. Burada günədlik əməliyyatlar və şirkətin inkişafından cavabdehdir.
Şotvell 2020-ci ildə Forbes tərəfindən dünyanın ən güclü qadınları siyahısına 49-cu qadın olaraq alınmışdır. 2020-ci ildə isə Time tərəfindən dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilmişdir.
Həyatı Şotvelll İllinoys ştatının Evnaston şəhərində anadan olub Libertivill şəhərində böyümüşdür. 1982-ci ildə Libertivill tam orta məktəbindən məzun olmuşdur. 1969-cu ildə ailəsi ilə birlikdə Apollon 11 missiyasına televiziyada baxarkən bunun elə də maraqlı olmadığını və həmin vaxtlarda kosmosla maraqlanmadığını demişdir. Şotvell sinifdə həm dərslər, həm də atletika sahəsində fərqlənirdi. Anası onu İllinoys Texnologiya Universitetinə aparanda burada gördükləri kosmosa və texnologiyaya olan marağına ciddi təsir göstərdi və Şotvell mühəndis olmağa qərar verdi. Növbəti il Şimal-Qərb Universitetinə qəbul oldu və buranı maşınqayırma üzrə bakalavr ardınca isə tətbiqi riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirdi.
İctimai Şotvell 2013-cü ilin iyun ayında TEDx-də elm, texnologiya, mühəndislik və riyaziyyatın əhəmiyyəti haqqında çıxış etmişdir.
Şəxsi həyatı Şotvell NASA-nın reaktiv sürət laboratoriyasında mühəndis olan Robert Şotvellə evlidir. Oun ilk həyat yoldaşı Lion Qureviçdən iki övladı var.
Mükafatlar 2012: Texnologiyada qadınların beynəlxalq şöhrət zalı 2017: İlin peyk icraçısı 2018: Texnikada ABŞ-nin ən yaxşı 50 qadını (Forbes) 2020: Dünyanın ən nüfuzlu 100 şəxsi (Time) 2020: İlin peyk icraçısı 2020: ABŞ Milli Mühəndislik Akademiyasının üzvü seçildi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:Amerikalılar Kateqoriya:Şimal-Qərb Universitetinin məzunları Kateqoriya:ABŞ qadınları