Həmid Əlqar (; ) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır.

İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.

Buna əlavə olaraq, Əlqar erməni soyqırımını inkar edənlərdəndir.Hovsepian, Shaké. "You Stupid Armenians, You Deserve to be Massacred ." Usanogh. April 24, 1999. Retrieved April 19, 2011.

Əsərləri Imam Abu Hamid Ghazali, Jesus in the Qur'an Roots of The Islamic Revolution in Iran Sufism: Principles and Practice Surat Al-Fatiha: Foundation of the Qur'an The Sunna: Its Obligatory and Exemplary Aspects Wahhabism: A Critical Essay Religion and State in Iran: 1785–1906 (Berkeley: University of California Press, 1969) Mirza Malkum Khan: A Biographical Study in Iranian Modernism (Berkeley: University of California Press, 1973) translator from the Persian with introduction and annotations to The Path of God's Bondsmen from Origin to Return by Najm al-Din Razi, known as Daya (Delmar, NY: Caravan Books, 1982) 11- translator and annotator, Islam and Revolution: Writings and Declarations of Imam Khomeini (Berkeley: Mizan Press, 1981)

İstinadlar

Xarici keçidlər Hamid Algar — al-islam.org

Kateqoriya:İranşünaslar Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:Ermənifobiya Kateqoriya:Şiəlik