Peter Maurer () — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir.
Həyatı Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir.
Titullar 2014 – Fəxri doktor, Bazel Universiteti.Dies Academicus 2014 at the University of Basel: Honorary Doctorate for ICRC President Peter Maurer University of Basel, press release of 28 November 2014. 2018 – Fəxri doktor, Vaseda Universiteti.Honorary Doctorate Conferred on Dr. Peter Maurer, President of the International Committee of the Red Cross Waseda University, press release of 7 December 2018.
İstinadlar
Xarici keçidlər
The president of the ICRC
Kateqoriya:İsveçrə diplomatları Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı