Leonid Azqaldiyanın büstü (), həmçinin Leonid Azqaldiyanın abidəsi () Ermənistanın paytaxtı İrəvan şəhərində, Xorenatsi küçəsinin kəsişməsində Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı Leonid Azqaldyanı təsvir edən büst. Abidə 11 dekabr 2002-ci ildə ucaldılmışdır. Abidənin heykəltəraşı Tiqran Arzumanyandır. Abidə qranitdən hazırlanmışdır və ümumi hündürlüyü 2,2 metrdir.
2022-ci ilin aprelində Leonid Azqaldyanın büstü vandalizmə məruz qalmışdır. İrəvan sakini Karen Xaçatryan Leonid Azqaldiyanın büstünün burun hissəsini sındırmışdır.«Երևանում պղծել են Արցախի հերոս Լեոնիդ Ազգալդյանի հուշաքարը» հոդված tert.am լրատվական կայքում, (արխիվացված 14․04․2022թ․) Xaçatryanın sözlərinə görə, o, bu addımı ona görə atıb ki, onun fikrincə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinin günahkarı Leonid Azqaldiyandır.«Ես Լեոնիդ Ազգալդյանի քիթը ջարդել եմ, որովհետև նա է մեղավոր 5 հազար զոհի համար» հոդված hraparak.am լրատվական կայքում, (արխիվացված 18․04․2022թ․)
İstinadlar
Kateqoriya:İrəvan abidələri Kateqoriya:2002-ci ildə yarananlar Kateqoriya:Ermənistandakı büstlər