Taharka (, tꜣ-h-rw-k; , Tar-qu-u2, ; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi.Тиргак // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892.

Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır. Buna baxmayaraq, o, Assuriya hökmdarının gedişindən sonra, e.ə. 669-cu ildə bu əraziləri geri almışdır.

İstinadlar

Əlavə ədəbiyyat

J. von Beckerath. Chronologie des pharaonischen Ägypten… (Аннотация: И. А. Ладынин, А. А. Немировский)

Ладынин И.А. Теаркон/Тахарка в сообщении Мегасфена (FGrHist. 715. F. 11а = Strab. XV. 1. 6-8) // Проблемы истории и культуры Древнего Востока: Материалы междунар. науч. конф. ... – М., 2010. – С. 60 – 62.

Xarici keçidlər

Kateqoriya:İyirmi beşinci sülalənin fironları