Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional () və rayon () yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir. Tarix

Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümumi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir. Maksimum icazə verilən sürət 130 km/saat (yay) və 110 km/saatdır (qış). Litva magistral yolları olan yeganə Baltikyanı dövlətdir. 2018-ci ildə Litva Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hər il tərtib edilən Qlobal Rəqabətlilik İndeksində yolların keyfiyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb. Bu Baltikyanı ölkələr artasında ən yüksək göstərici olur. 2022-ci ilə qədər A5 avtomobil yolunun qalan 40,23 km hissəsinin (Mariyampole və Polşa ilə sərhəd arasında) avtomobil yolları standartlarına uyğun yenidən qurulması və Polşanın S61 avtomobil yoluna birləşdirilməsi planlaşdırılır. Təsnifat thumb|260x260px|Litvanın Avropa Yol Şəbəkəsinin dəhlizlərinin sxemi Litvada yollar aşağıdakılara bölünür:

Avropa Yol Şəbəkəsinin dəhlizləri;

E kateqoriyalı yollar;

Magistrallar;

Regional yollar;

rayon yolları. Örtük tiplərinə görə yollar

Asfalt yollar; (13 584,389 km) Dəmir-beton yollar; (72,46 km) Torpaq yollar. (7 604,084 km) İstinadlar

Kateqoriya:Litvada nəqliyyat