Rodriqo Lara Bonilla () — Kolumbiyalı hüquqşünas və siyasətçi. Prezident Belisario Betankur dövründə Ədliyyə Naziri vəzifəsində çalışmış və əsasən Medellin Kartelinə aid olan kokain tacirlərini mühakimə etdiyi üçün Pablo Eskobarın əmri ilə öldürülmüşdür."El Asesinato de Rodrigo Lara Bonilla" [The Assassination of Rodrigo Lara Bonilla]. Semana (in Spanish). 1987–08–07. ISSN 0124–5473. Archived from the original on September 6, 2015. Retrieved 2010–09–29.Associated Press (May 1, 1984). "Justice Minister slain in Bogota". The New York Times. Archived from the original on may 24, 2015. Retrieved Sep 6, 2015.

Laranın ölümü Eskobarın qətldə ittiham olunmasına və Kolumbiyada minlərlə insanın həyatı bahasına başa gələcək ekstradisiya ilə bağlı uzun müddət davam edən müzakirələrə yol açdı.

Fəaliyyəti Lara Uila departamentinin paytaxtı Neyvada anadan olub və Kolumbiya Xarici Universitetində hüquq fakültəsində təhsil almışdır. Uzun illər sonra o, keçmiş prezident-liberal Alfonso Lopez Mişelsenin başçılıq etdiyi Liberal inqilab hərəkatı partiyasına daxil oldu. 1969-cu ildə, cəmi 23 yaşı olanda Lara öz doğma şəhərinin meri təyin olundu.

Sui-qəsd 30 aprel 1984-cü ildə Rodriqo Lara Bonilla 1976-cı il istehsalı olan Mercedes-Benz W116-da olarkən Bayron Velaskes və İvan Dario Quisado Yamaha motosikleti ilə onun SUV avtomobil karvanının yanından keçdilər. Quisado avtomobil pəncərəsini uzi silahı ilə atəşə tutaraq onu öldürdü. thumb|280x280px|Nazir Rodriqo Laranı öldürmək üçün Mac-10 avtomat silahından istifadə edilib

Populyar mədəniyyətdə Kolumbiya Karakol TV-də Escobar, el Patrón del Mal (2012) teleserialında Lara obrazını kolumbiyalı aktyor Ernesto Benjumea canlandırır. Tres Caínes (2013) serialında Lara kolumbiyalı aktyor Xuan Karlos Serrano tərəfindən kiçik rolda təsvir edilmişdir. Alias El Mexicano (2013) serialında Lara kolumbiyalı aktyor Fabiyo Rubiyano tərəfindən canlandırılır. Netflix serialı Narcos) (1-ci mövsüm, 3-cü epizod, "Həmişənin adamları"), Lara (meksikalı aktyor Adan Canto tərəfindən rol tutur) Eskobarı pisləyən və öldürülən şəkildə təsvir edilmişdir.

İstinadlar

Kateqoriya:Kolumbiya siyasətçiləri Kateqoriya:1984-cü ildə vəfat edənlər Kateqoriya:1946-cı ildə doğulanlar Kateqoriya:Öldürülmüş siyasətçilər