Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray.

Tarixi thumb|left|200px|Mabeyn Binasının bağça tərəfdən görünüşü Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı.

XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı. Bəylərbəyindəki saray, Ortaköydəki mərmər sütunlu Çırağan sarayı, köhnə Beşiktaş sarayı ilə Dolmabağçadakı qəsrlər II Mahmudun fəsillərə görə dəyişən iqamətgahlarıydı. Sultan Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız bir neçə soyuq qış ayını keçirirdi. Onun qırxdan çox övladının demək olar ki hamısı Boğaziçi saraylarında dünyaya gəlmişdir.

Əbdülməcid köhnə Beşiktaş sarayında bir müddət yaşadıqdan sonra, o zamana qədər üstünlük verilən klassik Osmanlı sarayları yerinə, iqamətgah, səfirlik, qonaq qəbulu və dövlət işlərinin idarəsi məqsədiylə Avropa saraylarına bənzər planlaşdırma və üslubda bir saray inşasına qərar verdi.Haluk Y. Şehsuvaroğlu, "İstanbul Sarayları", T.T.O.K. Yayınları, ş.a.y., İyul/1955, s. 3–5. Əbdülməcid digər şahzadələr kimi dərin təhsil almasa da, qərb ölkələrinə meyilli bir sultan idi. Qərb musiqisi və həyat tərzini sevən padşah, ayrıca fransız dilini də bilirdi. right|thumb|355px|1876-cı ildə Dolmabağça sarayında ilk Osmanlı Parlamentinin açılış mərasimi. İki yüz il əvvəl dənizdən əldə edilmiş torpağın yenidən boşaldılması üçün vaxtilə bugünkü Dolmabağça sarayının yerində olan köşklərin nə zaman uçurulması bəlli deyil. Lakin Dolmabağça sarayının inşasına 1842-ci ildə başlandığı güman edilir.Mustafa Cezar, "Sanatta Batıya Açılışta Saray Yapıları ve Kültürün Yeri", tebliğ. Millî Saraylar Sempozyumu, s. 63. Bununla belə, həmin dövrdə inşaat ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq ətrafdakı tarla və məzarlıq ərazilərinin də alınması haqqında məlumatlar vardır. İnşaat işlərinin bitmə tarixi müxtəlif qaynaqlarda fərqli tarixlərlə qeyd edilmişdir. Lakin 1853-cü ildə inşaat ərazisini gəzən bir fransızın söylədiklərindən, həmin tarixdə sarayın bəzək işlərinin hələ tamamlanmadığı, mebellərinin yerləşdirilmədiyi anlaşılır.Çelik Gülersoy, Dolmabahçe, İstanbul, 1984, s. 53. Sultan I Əbdülməcid tərəfindən inşa etdirilən sarayın ərazisi İstanbul boğazının Avropa sahilində 600 metr ərazini əhatə etməkdədir. Saray müxtəlif Avropa memarlıq üslublarından istifadə edilməklə 1843–1855-ci illərdə erməni Karapet Əmir Balayan və oğlu Nikoqos Balayan tərəfindən inşa edilmişdir. 1855-ci ildə inşası tamamlanan Dolmabağça sarayının açılış mərasimi ruslar və türklər arasında bağlanan Paris müqaviləsindən (30 mart 1856) sonra olmuşdur.Geniş bilgi üçün bax., Ateş, a.g.e., s. 364. 7 şəvval 1272 (11 iyun) tarixli "Ceride-i Havadis" adlı qazetdə, sarayın 7 iyun 1856-cı ildə rəsmən açılması haqqında xəbər verilmişdir.İ. Yücel ve S. Öner, Dolmabahçe Sarayı, Ankara, tarihsiz, s. 9.

Sultan Əbdülməcidin hakimiyyəti dövründə sarayın 3 milyon kisə qızıl miqdarında olan borcu Maliyyə Xəzinəsinə dövr edilincə, xəzinə çətin vəziyyətə düşmüş, aylıqları ayın əvvəlli yerinə ortalarında, daha sonra isə üç-dörd aydan bir ödəməyə məcbur olmuşdur.Gülersoy, Dolmabahçe, s. 60. İnşası 5.000.000 qızıl pula başa gələn Dolmabağça sarayında Sultan Əbdülməcid cəmi altı ay yaşamışdır.Şehsuvaroğlu, a.g.e., s. 16, 19.

right|thumb|355px|Mustafa Kamal Atatürk və Kral VIII Eduard Dolmabağça sarayında, 4 sentyabr, 1936. İqtisadiyyatın iflasa uğradığı bir vaxta taxta çıxan Sultan Əbdüləzizin hakimiyyəti dövründə sarayın xərcləri ən yüksək səviyyəyə çatmışdır. 5.320 insanın işlədiyi sarayda illik xərc 2.000.000 strelinqə bərabər idi. Sultan Əbdüləzizin ölən qardaşı qədər qərbə vurğunluğu yox idi. Alaturka bir həyat tərzinə üstünük verən padşah daha çox pəhləvan güləşləri və xoruz döyüşlərinə maraq göstərirdi. Saray Əbdüləzizin hakimiyyətinin son dövrlərində müxtəlif siyasi hadisələrə, intriqalara, rüşvətlərə şahid olmuşdur. Bütün bunlar isə padşahın taxtdan endirilməsinə səbəb olmuşdur.Gülersoy, a.g.e., s. 51, 62, 63.

30 may 1876-cı ildə Sultan V Murad saraydakı otağından götürülərək Bab-ı Sərəsgərə aparılmış və orada onunçün andiçmə mərasimi keçirilmişdir. V Murad səltənət qayığı ilə Sirkəçidən Dolmabağçaya dönərkən, eyni saatda Sultan Əbdüləziz başqa bir qayıqla Topqapı sarayına köçürülməkdə idi. Saraya gətirilən V Murad üçün burda daha bir andiçmə mərasimi təşkil edilmişdir. V Muraddan sonra taxta çıxan II Əbdülhəmidin şərəfinə bütün şəhər işıqlandırılarkən, Dolmabağça sarayında yalnızca bir otaqda işıq yanırdı ki, həmin otaqda da padşah təzə konstitusiya üzərində işləyirdi.Gülersoy, Dolmabahçe, s. 75, 76, 83. Davamlı olaraq sui–qəsddən şübhələnən padşah Dolmabağça sarayında yaşamaqdan imtina edərək Yıldız sarayına köçmüşdür. Beləcə bu padşah da sarayda yalnız 236 gün qalmışdı.

Böyük xərc çəkilərək inşa etdirilmiş saray, otuz üç il boyunca ildə iki dəfə Böyük Qəbul Otağında təşkil edilən ziyafətlər üçün istifadə edilmişdir. V Mehmedin hakimiyyəti dövründə sarayın işçilərinin sayı azaldılmış, ölkədə böyük hadisələrin baş verdiyi səkkiz il dövründə, sarayda çox az hadisə yaşanmışdır. Bu hadisələr 9 mart 1910-cu ildə doxsan nəfərə verilən bir ziyafət, eyni ilin 23 martında Serbiya kralı Petronun bir həftə müddətində davam edən ziyarəti, vəliəhd Maksın ziyarəti və Avstriya imperatoru Karl ilə imperatriça Zitanın şərəfinə təşkil edilmiş ziyafətdir. Yorğun və yaşlı padşahın vəfatı isə Dolmabağça sarayında yox, Yıldız sarayında olmuşdur. VI Mehmed adıyla taxta çıxan Vəhdətdin isə Yıldız sarayında yaşamağa üstünlük versə də, vətənini Dolmabağça sarayından tərk etmişdir.Gülersoy, Dolmabahçe, s. 99, 104, 105. thumb|240px|right|Sarayın Qəbul Salonunun giriş qapısı TBMM rəisi Qazi Mustafa Kamal tərəfindən imzalanmış teleqraf alan Əbdülməcid Əfəndi xəlifə elan edilmişdi. Yeni xəlifə TBMM-dən gələn heyəti Dolmabağça sarayında qəbul etmişdi. Xilafətin ləğv edilməsindən sonra isə Əbdülməcid Əfəndi, yaxınları ilə birgə Dolmabağça sarayını tərk etmişdir (1924).Gülersoy, s. 121. Boşalan saraya Atatürk üç il ərzində bir dəfə də gəlməmişdi. Lakin onun hakimiyyəti dövründə saray iki baxımdan önəm qazanmışdır: xarici qonaqların bu sarayda qəbul edilməsi və mədəniyyət, sənət baxımından saray qapılarının açılması. İran şahı Pəhləvi, İraq kralı Feysal, İordaniya kralı Abdulla, Əfqanıstan kralı Amanulla, xüsusi ziyarət üçün gələn İngiltərə kralı Edvard və Yuqoslaviya kralı Aleksandr Mustafa Kamal Atatürk tərəfindən Dolmabağça sarayında qəbul edilmişdir. 27 iyul 1932-ci ildə Qəbul Otağında I Türk Tarix Konqresi açılmış, 1934-cü ildə I və II Türk Dil Qurultayları burda toplanmışdır. 1930-cu ildə sarayda "Alliance Internationale de Tourisme"in Avropa toplantısı təşkil edildikdən sonra saray turizm üçün açılmışdır.

Cümhuriyyət dövründə Atatürkün İstanbul səfərlərində iqamətgah kimi istifadə etdiyi sarayda yaşanan ən vacib hadisə, 10 noyabr 1938-ci ildə Atatürkün ölümüdür. Atatürk Dolmabağça sarayının 71 nömrəli otağında vəfat etmişdir. Sarayın Böyük Qəbul Otağında Atatürkün nəşi önündən son sayğı keçişi həyata keçirilmişdir. Saray Atatürkdən sonra prezidentliyi dövründə İsmət İnönü tərəfindən İstanbula gəlişləri zamanı istifadə edilmişdir. Ölkədə təkpartiyalı sistem qurulduqdan sonra saray, xarici qonaqları qəbul etmək üçün istifadə olunmuşdur.

1952-ci ildə Dolmabağça sarayı Millət Məclisi İdarə Amirliyinin təklifi ilə həftədə bir dəfə xalqın ziyarəti üçün açıq elan edilmişdir. 10 iyul 1964-cü ildə Millət Məclisi Rəhbərlik Divanının toplantısı ilə rəsmi açılış edilmiş, Millət Məclisi İdarə Amirliyinin 14 yanvar 1971-ci il tarixli qərarı ilə bir gizli xəbər səbəb göstərilərək bağlanmışdır. 25 noyabr 1979-cu ildə 554 saylı Millət Məclisi Başqanı qərarı ilə turizm üçün açılan Dolmabağça sarayı, həmin ilin 12 oktyabr tarixində yenə bir gizli məlumat səbəbindən başlanmışdır. İki ay sonra isə Millət Məclisi Başqanının telefon zəngi ilə təkrar turizm xidmətinə verilmişdir. MGK İcra Dairə Başqanlığının 16 noyabr 1981-ci il tarixli və 1.479 saylı qərarı ilə sarayı ziyarətçilər üçün təkrar qapatmış və bir ay sonra 1.750 saylı MGK Gənəl Sekretarlığının əmriylə açılmışdır.Gülersoy, Dolmabahçe, s. 130–134.

Saat qülləsi, Məfruşət dairəsi, Quşluq, Hərəmxana və Vəliəhd dairəsi bağçalarında ziyarətçilərə kafe xidməti göstərən, hədiyyə satışı ilə məşğul olan obyektlər açılmış, bu ərazidə Kültür Tanıtım Mərkəzi tərəfindən hazırlanan milli sarayları tanıdan məlumat xarakterli kitabçalar, müxtəlf suvenirlər, Milli Saraylar Tablo Kolleksiyası, satışa çıxarılmışdır. Saray 1984-cü ildən bu günə kimi muzey kimi xidmət göstərməkdədir.

Memarlıq üslubu 220px|right|thumb|Dolmabağça sarayında saat qülləsi Avropa saraylarının memarlıq xüsusiyyətlərinə bənzədilərək inşa edilmiş Dolmabağça sarayına müxtəlif və fərqli üslubların xüsusiyyətləri tətbiq edildiyindən sarayın konkret hansısa üslubda olmasını söyləmək mümkün deyil. Böyük bir orta tikili ilə iki qanaddan ibarət planda, keçmişdə memarlıq baxımından praktik dəyəri olan hissələrə fərqli yanaşılaraq sırf bəzək elementi kimi baxılması diqqəti çəkir.

Dolmabağça sarayının özünəməxsus, müəyyən xüsusiyyətlərə malik bir memarlıq üslubu olmasa da, binada Fransız barokkosu, Alman rokkokosu, İngilis neoklassisizmi və İtalyan intibahı qarışıq şəkildə tətbiq edilmişdir. Saray binası çağdaşlaşma cəhdləri edən toplumun incəsənətdə də qərbin təsiri altında qalaraq, Osmanlı saray xüsusiyyətlərini də nəzərə alaraq, həmin dövrün sənət atmosferi çərçivəsində yaradılmış bir memarlıq əsəridir.Gülersoy, Dolmabahçe, s. 157–158.

İnşaat xüsusiyyətləri Dolmabağça sarayı 600 metr uzunluğunda mərmər özül üzərində inşa edilmişdir. Mabeyn binasından (bu gün Rəsm Heykəl Muzeyi) Vəliəhd binasına qədər olan məsafə 284 metrdir. Bu məsafənin ortasında yüksəkliyi ilə diqqət çəkən Mərasim (Müayədə) binası yerləşir.

Dolmabağça sarayı üç mərtəbəli və simmetrik planlıdır. Sarayın 285 otağı və 43 böyük salonu var. Sarayın təməlində fıstıq ağacı kötüklərindən istifadə edilmişdir. Dəniz tərəfdəki girişdən başqa, quruda da biri çox bəzəkli olmaqla iki abidəvi qapısı var. Baxımlı və gözəl bir bağçanın çevrələdiyi bu sahil sarayının ortasında, digər hissələrdən daha yüksək olan tədbir və bal salonu yerləşir. Böyük, 56 sütunlu qəbul salonu 750 işıqla işıqlandırılan, ingilis istehsalı olan və 36 metr yüksəklikdəki qübbədən asılan 4,5 tonluq müəzzəm büllur çilçırağı ilə ziyarətçilərin diqqətini çəkir. thumb|left|300px|Saray kompleksinin planı Dünyadakı saraylar içərisində ən böyük bal salonu məhz Dolmabağça sarayındadır. Önəmli siyasi toplantılarda, təbrik və ballarda istifadə edilən bu salon, əvvəl döşəmənin altında olan və fırına bənzəyən bir sistem ilə isidilirdi. Sarayda istilik və elektrik sistemi 1910–1912-ci illərdə Sultan Mehmed Rəşadın hakimiyyəti dövründə qurulmuşdur. Sarayın altı hamamından, Salamlıq bölümündə olan hamam oymalı mərmər daşlarla bəzədilmişdir. Böyük salonun üst otaqları orkestr və diplomatlar üçün ayrılmışdır.