Təvəkkül Gülbala oğlu Xankişiyev () — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.

Həyatı Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir.

Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir.

Siyasi fəaliyyəti Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir.

Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibləri