Qəzənfər Nəcəfqulu oğlu Abbasov () — Azərbaycan xanəndəsi və Azərbaycan Respublikasının əməkdar müəllimi.

Həyatı və təhsili Qəzənfər Nəcəfqulu oğlu Abbasov 1962-ci il mart ayının 4-də, Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuşdur. 1969-1979-cu illər arasında orta məktəbdə təhsil almışdır. 1986-cı ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmuş, qocaman xanəndə böyük pedaqoq Nəriman Əliyevdən dərs almışdır. 1991-ci ildə məktəbi bitirdikdən sonra muğam teatrında, eləcə də muğam studiyasında müəllim kimi fəaliyyət göstərmişdir. 1993-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasında oxumuşdur.Şirxan Aranlı, “Ağcabədi” (Ensiklopedik toplu),Bakı, Zərdabi nəşriyyatı-2021, 912 s. Redaktoru: prof. Asif Rüstəmli). səh. 641 Əmək fəaliyyəti və yaradıcılığı 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, 2000-ci ildən etibarən Asəf Zeynallı adına musiqi məktəbində, eləcə də 2001-ci ildən isə Azərbaycan Milli Konsevatoriyasında baş müəllim kimi fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif ölkələrdə qastrol səfərlərdə olmuşdur. 1997-ci ildə İraqda IX ümumdünya “Babil” festivalında, 1999-cu ildə Səmərqənddə Şərq Təranələri Beynəlxalq müsabiqəsində iştirak etmişdir. Müəllimlik etdiyi illər ərzində o, təcrübəli muğam ustası kimi neçə-neçə tələbələrə muğamın sirrini öyrətmişdir. Onlarla tələbələri muğam müsabiqələrində iştirak etmiş, I, II və III yerləri tutmuşlar. 2011-ci ildə Təhsil Nazirliyi onu “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif etmişdir. 1912-ci ilin sentyabrında isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Qəzənfər Abbasov yaxşı müəllim, muğam ustası olmaqla bərabər həm də gözəl xanəndədir. Onun ifasında bir çox muğamlar lentə yazılmışdır. Məharətlə, bənzərsiz ifa etdiyi “Şuştər” muğamı isə qızıl fondda saxlanılır.Şirxan Aranlı, “Ağcabədi” (Ensiklopedik toplu),Bakı, Zərdabi nəşriyyatı-2021, 912 s. Redaktoru: prof. Asif Rüstəmli). səh. 642 İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri