Ərzincan döyüşü — 1507-ci ildə Osmanlı imperiyasının şahzadəsi olan və Trabzon valisi Səlimlə Səfəvilər arasında baş vermiş döyüşdür.

Arxa plan 1505-ci ildə Şah İsmayılın qardaşı İbrahim 3 min nəfərlik kiçik bir qoşunla Səlimin əyaləti olan Trabzona yağma yürüşünə çıxdı. Lakin onun ordusu Səlim tərəfindən məğlub edildi və o, geri çəkilməyə məcbur oldu. Geri çəkilən ordunu təqib edən Səlim onlara daha bir zərbə vurmağa nail oldu və onların cəbhəxanasını ələ keçirdi.God's Shadow: The Ottoman Sultan Who Shaped the Modern World . By Alan Mikhail.

Döyüş 1507-ci ildə Səfəvi hökmdarı I İsmayıl Anadoludakı Dulqədiroğulları bəyliyi üzərinə yürüşə çıxdı. Yürüş zamanı Osmanlı imperiyasının ərazilərindən keçən I İsmayıl, həm də bu ərazilərdəki türk tayfalarından ordu topladı, halbuki bu tayfalar Osmanlı subyektləri idilər. II Bəyazid buna diqqət etmədi və cavab tədbiri görmədi. Lakin Trabzon valisi şahzadə Səlim Ərzincana hücum etdi və Şah İsmayılın ona qarşı göndərdiyi birləşməni məğlub etdi.

Nəticə Növbəti il Səlim Gürcüstana yürüş etdi və yürüşün nəticəsində qərbi Gürcüstandakı İmereti və Quriya Osmanlı hakimiyyəti altına keçdi.Page 29 : 1509 nolu Rize şeriyye sicili ışığında Rizede sosyal hayat. Ü Erkan. 2007.Page 19 : Gürcistanın yeni jeopolitiği. C Küçükali. 2015.From Dynastic Principality to Imperial District: The Incorporation of Guria Into the Russian Empire to 1856 . Kenneth Church. University of Michigan., 2001 Bir digər Səfəvi hücumu 1510-cu ildə baş verdiş Şah İsmayılın qardaşının komandanlıq etdiyi yürüş yenə də məğlubiyyətlə nəticələndi.Osman's Dream . Caroline Finkel. Hachette UK.

Həmçinin bax Trabzon yürüşü (1505) Trabzon yürüşü (1510)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Səfəvi tarixi Kateqoriya:1507-ci ildəki hadisələr Kateqoriya:Ərzincan Kateqoriya:Osmanlı imperiyasının müharibələri