Vilusa və ya Vilusiya () — qərbi Anadoluda Son Tunc dövrünə aid şəhər. E.ə. XVIII əsrə aid het mənbələri tərəfindən Assuva konfederasiyasının bir hissəsi kimi təsvir edilmişdir.
Mənbələrdə Vilusanın yaşayış yeri het mənbələrində bir sıra kitabələrdə qeyd olunur, o cümlədən:
Manapa-Tarxunta məktubunda (e.ə. 1310–1280-ci illər) Sexa çayının (indiki Bakırçay) o tayındakı şəhərdən bəhs edilir. Aleksandu müqaviləsi (təxminən e.ə. 1280-ci il) Viluslu Aleksandu il' Het çarı II Muvatalli arasında imzalanmışdır. Tavaqalava məktubu (e.ə. 1250-ci il) Het çarı III Xattusili (təxminən e.ə 1275–1250-ci illərdə hökmranlıq etmişdir) tərəfindən Axxiyava padşahına ünvanlanmışdır. Burada Vilusa uğrunda hərbi münaqişədən bəhs edilir. Milavata məktubunun (təxminən e.ə. 1240-cı il) IV Tudxaliya tərəfindən yazıldığı güman edilir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Troya Kateqoriya:Troya müharibəsi Kateqoriya:Het dövləti Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Qədim Yunanıstan coğrafiyası