Koşalin ( , ), əvvəllər Köslin ( ) — Polşanın şimal-qərbində şəhər. Baltik dənizi yaxınlığındadır. Koşalin voyevodalığının inzibati mərkəzidir. Dəmiryol qovşağıdır. Yarımkeçiricilər, avtomobil hissələri, elektrotexnika və tikinti avadanlığı istehsal edilir. Ağac emalı və yeyinti sənayesi, kətan zavodları, Ali Mühəndislik Məktəbi, XIII–XIV əsrlərə aid memarlıq abidələri var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Polşa şəhərləri