"''Xbox World''" — Birləşmiş Krallıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunan jurnal "Xbox" və "Xbox 360" konsolları haqqında idi.

Tarixi "Xbox World" adı altında fəaliyyətə başlamış jurnalın birinci nömrəsi 2003-cü ilin əvvəlində, "Xbox" konsolunun satışa çıxarılmasından bir il sonra buraxılmışdır. "Xbox World" jurnalı "PlayStation World" ilə birlikdə 2003-cü ilin sonunda "Future plc" tərəfindən satın alınmışdır. Jurnalın ofisi London şəhərindən Bata köçürülmüş, bu zaman redaksiya heyətinin əksəriyyəti buradan ayrılmışdır. 2005-ci ilin sentyabrında "Xbox World" jurnalının adı "Xbox World 360" olaraq dəyişdirilmişdir. Jurnalın tərkibində nailiyyətlər, məsləhətlər və çit kodlar var idi. 2011-ci ilin noyabr nömrəsində jurnal yenilənmiş və orijinal "Xbox World" adına dönüş edilmişdir. 13 noyabr 2012-ci ildə həm "Xbox World", həm də "PSM3" jurnalının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.

İstinadlar

Xarici keçidlər Xbox World official website at Computer and Video Games

Kateqoriya:Birləşmiş Krallıq videooyun jurnalları Kateqoriya:Xbox jurnalları Kateqoriya:2003-cü ildə yaradılmış jurnallar