"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir.

"Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır.

2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.

İstinadlar

Xarici istinadlar

Kateqoriya:ABŞ xəbər veb-saytları Kateqoriya:Əyləncə saytları Kateqoriya:2003-cü ildə ABŞ-də yarananlar Kateqoriya:Xəbər saytları