Almaniya milli futbol komandası () — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası. 1900-cü ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018).

Tarixi İkinci Dünya müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar.

1954-cü ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3–2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-cı ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-cı ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı. 2002 FIFA Dünya Çempionatında finala qədər yüksələn Panzerler finalda Braziliyaya məğlub olmaqdan xilas ola bilmədi. Evsahibliyini etdiyi 2006 FİFA Dünya Çempionatında yarım finala qədər çıxan almanlar, yarım finalda İtaliyaya 2–0 məğlub olaraq mübarizəni dayandırdı. Portuqaliyanı 3–1 hesablı ilə məğlub edərək Dünya Üçüncüsü oldu.

Cənubi Afrikada təşkil edilən 2010 FIFA Dünya Çempionatında yenə yarım finala qədər fırtınalı bir şəkildə çıxan komanda yarım finalda İspaniyaya 1–0 məğlub olmuş və üçüncülük matçında Uruqvayı 3–2 hesabı ilə məğlub edərək üçüncü olmuşdur

Braziliyada təşkil edilən 2014 FIFA Dünya Çempionatının final matçında Argentinanı əlavə vaxtda 1–0 məğlub edərək 4-cü dəfə Dünya Çempionu oldu. Almaniya, eyni zamanda, Amerika qitələrində Dünya Çempionatını qazanan ilk Avropa ölkəsi oldu. Yarım finalda ev sahibi Braziliyaya qarşı keçirdikləri 7–1-lik hesab kubokun unudulmaz matçlarından biri olmuşdur.

Stadion thumb|Berlin Olimpiya Stadionu Almaniyanın milli bir stadionu yoxdur. Milli komanda matçları ölkədəki müxtəlif stadionlarda oynanır.

Milli komanda oyunların əksəriyyətini Berlin Olimpiya Stadionunda keçirir. Stadionun tutumu 74.500 nəfərdir.

Oyunların yayımı Almaniyanın seçmə və hazırlıq oyunlarını ARD və ZDF televiziyaları yayımlayır.

Ən çox qol vuranlar 235px|thumb|right| Miroslav Kloze (Ən çox qol vuran futbolçu — 72 qol SıraOyunçu İllər Qol Oyun %1 Miroslav Kloze 2001–2014 721372 Gerd Müller 1966–1974 68 623 Lukas Podolski 2004–481264Rudi Völler 1982–1994 47 90Yurgen Klinsman 1987–1998 471086 Karl-Heinz Rummenigge1976–1986 45 957 Uwe Seeler 1954–1970 43 728 Mixael Ballak 1999–2010 42 989 Oliver Bierhoff 1996–2002 37 7010Fritz Walter 1940–1958 33 61# Tomas Müller 2010-3167# Mario Qomez2007- 2763# Andre Şürrle2010-2049# Məsut Özil2009- 1870

Formalar

Deplasman

Uğurları 1 dəfə FİFA Konfederasiyalar Kubokunun üçüncüsü — 2005 4 dəfə FİFA Dünya Kubokunun qalibi — 1954, 1974, 1990, 2014 4 dəfə FİFA Dünya Kubokunun ikincisi — 1966, 1982, 1986, 2002 4 dəfə FİFA Dünya Kubokunun üçüncüsü — 1934, 1970, 2006, 2010 1 dəfə FİFA Dünya Kubokunun dördüncüsü — 1958 3 dəfə UEFA Avropa Kubokunun qalibi — 1972, 1980, 1996 3 dəfə UEFA Avropa Kubokunun ikincisi — 1976, 1992, 2008 1 dəfə UEFA Avropa Kubokunun üçüncüsü — 1988

İstinadlar