Poetika (yunan dilində: Περὶ ποιητικῆς) — incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabərPerseus Digital Library (2006). Aristotle, Poetics , həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır.Janko (1987, ix).
Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik "ideyasını" da qəbul etməmişdir. Aristotelə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik.John Moles, 'Notes on Aristotle, Poetics 13 and 14,' The Classical Quarterly 1979 Vol. 29, No. 1 1979, pp. 77–94Sheila Murnaghan, 'Sucking the Juice without Biting the Rind: Aristotle and Tragic Mimēsis,' New Literary History Autumn 1995 ol. 26, No. 4, pp. 755–773.
Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir.
Aristotel Poetikasına "Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir" deyərək başlayır.Aristotle Poetics 1447a13 (1987, 1).
Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur:
Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar. Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında və yaradıcılığında olduğuna görə də onun yaratdığı hekayələrində də özünə yer tapır.Carlson (1993, 16).
Aristotelin Poetikadakı fikirləri Bertolt Brextin epik teatr hərəkatı tərəfindən tənqid edilmişdir.
Həmçinin bax Anaqnorizis
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Aristotel Kateqoriya:Ədəbiyyat Kateqoriya:Fəlsəfə Kateqoriya:İncəsənət Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti Kateqoriya:Fəlsəfə kitabları Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Məntiq Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:Süjet