Bu, Tibet imperiyasının VI əsrdən IX əsrə qədər olan tarixinin xronologiyasıdır. VII əsr

İl Tarix Hadisələr 618 Namri Sonqtsen ölür və oğlu Sonqtsen Qampo onun yerinə gəlir, bu zaman onların krallığı "Tibet" adlanır. Ölkə ana dilində "Bod" kimi də tanınır. 627 Tan sülaləsi və uyğur qüvvələri türklər və tibetlilərlə döyüşürlər. 634 Tibet imperatoru Sonqtsen Qampo Tana səfir göndərir. Tibet imperatoru Sonqtsen Qampo, Zhanqzhunqu tutur. 635 Liçavili Narendradeva Tibetə qaçır. 637 Tibet imperatoru Sonqtsen Qampo Taqonu məğlub edir və Tanqutlar və Ağ Qurd xalqını özünə tabe edir. 638 Tibet imperiyasının Sonqzhuya hücumu: Tibet imperatoru Sonqtsen Qampo, Sıçuandakı indiki Sunqçu şəhərinə hücum edir. Tibet imperatoru Qar Tonqtsen Yulsunq Tan sülaləsinə evlilik üçün elçi göndərir. 640 Tibet imperatoru Qar Tonqtsen Yulsunq xərac ilə Tana gələrək Tan sülaləsi şahzadəsini həyat yoldaşı olması üçün tələb edir. 641 Tibet imperatoru Sonqtsen Qampo Narendradevanı ordu ilə Liçavi krallığına geri göndərir və Nepalı özünə tabe edir. Tan sülaləsi imperatorunun qohumu olan şahzadə Vençenq, Sonqtsen Qamponun gəlini kimi Tibetə gəlir. 648 Tibet imperatoru Sonqtsen Qampo, Tan səfiri Van Syuantsı mühakimə etdiyinə görə Mithilalı Harşanın qəsbçisi Arcunaya hücum edir. 649 Sonqtsen Qampo ölür və nəvəsi Manqsonq Mangtsen onun yerinə keçir; Qar Tonqtsen Yulsunq onun yerinə ölkəni idarə edir. 655 Tibet imperatoru Qar Tonqtsen Yulsunq qanunlar məcəlləsi yazır. 656 Tibet imperiyası ordusu Gilqitə hücum edir. Tibet imperiyası ordusu Baylan qəbiləsini məğlub edir. 660 Tibet imperatoru Qar Tonqtsen Yulsunq Toqonu məğlub edir, Vaxanı fəth edir və türk müttəfiqləri ilə Şule krallığına hücum edirlər, lakin Su Dinqfanq rəhbərliyindəki Tan ordusu geri çəkilərək döyüşə girməyir. 663 Tibet imperiyası Toqonu fəth edir və Xotana hücum edir, lakin dəf edilirlər. 665 Tibet imperiyası və türk müttəfiqləri Xotana hücum edir. 667 Qar Tonqtsen Yulsunq ölür. 670 Dafey çayı döyüşü: Tibet imperatoru Qar Trinrinq Tsendro Tan generalı Xue Renquinin 100.000 nəfərlik ordusunu darmadağın edir, Kuçanı tutur və Aksuya hücum edir. 673 Tan sülaləsi Kuçanı geri alır. 676 Tibet imperiyası Tevo, Fucjou və Tzinçuana hücum edir. Tsyansyan və Uqun talan edildi. 677 Manqsonq Manqtsen ölür və onun yerinə oğlu Tridu Sonqtsen keçir. Tibet imperiyası Kuçanı ələ keçirir. 678 Tibet imperatoru Qar Trinrinq Tsendro Çinqhay bölgəsində Tan ordusunu məğlub edir. 679 Tan generalı Pey Xincjan tibetliləri məğlub etdi və Qərb bölgələri üzərində nəzarəti bərpa etdi. 680 Tibet imperiyası Sıçuandakı Anronq qalasını ələ keçirir. 681 Tibet imperiyası Çinqhay bölgəsini işğal etsə də, Tan ordusu tərəfindən məğlub edilir. 687 Tibet imperiyası Qərb bölgələri üzərində nəzarəti bərqərar edir. 690 Tibet imperatoru Qar Trinrinq Tsendro İssık-Kulda Tan generalı Vey Daijia ordusunu məğlub edir. 692 Tan sülaləsi qüvvələri Tibet imperiyasının Anxinin Dörd Qarnizonluğunu yenidən fəth edir. 694 Tibet imperiyası ordusu Çarklığa (Daş şəhərə) hücum edir və məğlubiyyətə uğrayır. 696 Tibet imperiyası ordusu Lintanda Tan ordusunu məğlub edir və Qansuya hücum edir. 699 Qar Trinrinq Tsendro imperator Tridu Sonqtsen ilə qarşıdurmada ölür və ordusu Tana qaçır.

VIII əsr İl Tarix Hadisələr 700 Tibet imperatoru Tridu Sonqtsen Linsiya və Uveyə (Qansu) hücum edir. 701 Tibet imperatoru Tridu Sonqtsen türklərlə müttəfiq olur və Uvey, Sunqçu və Lintana hücum edir. 702 Tibet imperiyası Maoya hücum edir. 703 Tibet imperatoru Tridu Sonqtsen Nancjaonu imperiyaya tabe edir. 704 Tibet imperiyası Termezə hücum edir. Tridu Sonqtsen ölür və onun yerinə Tibetli oğlu La gəlir. 705 Timalo Tibetli Lanı taxtdan salır və Tridu Sonqtsenin digər oğlu Me Aqtsomu taxta çıxardır. 710 Tibet imperiyası Kiçik Bölünü fəth edir. Tan imperatoru Qao-tszunun böyük nəvəsi Şahzadə Cinçen Tibetə gəlin olaraq göndərilir; Tibetlilərə Tan imperatoru Juy-tszun tərəfindən Qansudakı Xuanxe çayının şimalında yerləşən Ciuqu (九曲) torpağı verilir. Tan imperatoru Cjan Syüan Biao Tibetin şimal-şərqini işğal edir. Tibet 714 Tibet imperiyası Minsyan və Veyyuan, eləcə də Lancjou və Lunsiyə hücum edir, lakin məğlubiyyətə uğrayır və hücum dəf edilir. 715 Tibet imperiyası Tan sülaləsi vassalı olan Fərqanə, Beytinq protektoratlığına və Sunqçuya hücum edir. 717 Tibet imperiyası Aksuya və Çarklikə (Daş şəhər) hücum edir. 720 Tibet imperiyası Çarklikə (Daş şəhər) tutur. 722 Tan sülaləsi Kiçik Bolünü azad edir. 723 Şahzadə Cinçen, Karkota imperiyasının imperatoru Lalitaditya Muktapidaya məktub yazır və sığınacaq istəyir. Cavab olaraq Zabulistanla əlaqəyə girərək Tibet imperiyasına qarşı ittifaq yaradır. 726 Tibet imperiyasından Takdra Könlö Çjanyeyə hücum edir, lakin qüvvələrinin əksəriyyəti qar fırtınasına düşərək tələf olur, qalanları Tan generalı Van Cunçuo tərəfindən dağıdılır. 727 Tibet imperiyasından Takdra Könlö və Coq ro Manporje və onların turgeş müttəfiqləri Kuça, Çjanye və Suçjouya hücum edirlər. 728 Tibet imperiyası Kuçaya hücum edir. 729 Çjan Şouquy (張守珪) Xinində Tibet imperiyasını böyük məğlubiyyətə uğradır. 734 Tan və Tibet imperiyası Çilin dağındakı ərazilərini sərhəd lövhəsi ilə müəyyən edirlər. 737 Tibet imperiyası Kiçik Bölünü istila edir. Xesi tzeduşi Cui Xiyi, əsgərlərinin əkinçilik və heyvandarlıqla məşğul ola bilməsi üçün Koko-nor, Tsinxayda Tibet generalı ilə sərhəd müdafiəsini möhkəmləndirmək üçün əhd bağlayır. Əhdin bağlanması üçün ağ it qurban verilir. 738 Tibet imperiyası Maosyanı Tandan aldı. 739 Tan sülaləsi Haydunda Tibet imperiyasına qarşı böyük qələbə qazandı. 740 Tan Maosyanı Tibet imperiyasından geri alır. 741 Tibet imperiyası Tsinxay bölgəsində Tana hücum edir, lakin geri çəkilir; Tibetlilər geri dönərkən Çarkliki(Daş şəhəri) talayırlar. 742 Lunyudan Xuanfu Veymin və Xesidən Van Çui Tibetin şimal-şərqini işğal edir və bir neçə min tibetlini öldürür. 743 Xuanfu Veymin Tibeti işğal edir və Tzyutsyuy(九曲) ərazisini Tibet imperiyasından geri alır. 745 Xuanfu Veymin Çarklikdə (Daş şəhər) Tibet imperiyasına hücum etsə də məğlubiyyətə uğrayır. 747 Tan sülaləsi Kiçik Bolübü istila edir. 749 Qeşu Han rəhbərliyindəki Lonyu müdafiə komandanlığı Tibet imperiyasına hücum edir və Çarkliki (Daş şəhəri) geri alır, lakin ağır itki verir. 753 Qeşu Han tibetliləri Xuanxe çayının yuxarı axarındakı "Doqquz döngə" bölgəsindən çıxarır. 755 Me Aqtsom saray xadimləri tərəfindən öldürülür və oğlu Tisonq Detsen onun yerinə keçir. 757 Tibet imperiyası Haydunu istila edir. 763 Tibet imperiyası Qaraşəhəri tutur və 100.000 nəfərlik ordu ilə Tan sülaləsini işğal edir və geri çəkilməzdən əvvəl 15 gün ərzində Çanqanı qısa müddətə tutur. 764 Tibet İmperiyası 70.000 nəfərlik ordu ilə Tan sülaləsini soxulur və Uveyi (Qansu) tutur, lakin Ciannanda Yan Vu tərəfindən dəf edilir. 765 Tibet imperiyası 30.000 qoşun və uyğur müttəfiqləri ilə Tan sülaləsinin ərazisinə soxulur, iki dəfə Tzyansyana qədər irəliləyir, lakin uyğurları tərəf dəyişməyə inandıran Quo Ziyi geri çəkilir. 766 Tibet imperiyası Cjanye və Tzyutsyuan şəhərlərini tutur. 776 Tibet imperiyası Quaçjounu istila edir. 781 Tibet imperiyası Hamini tutur. 783 Tibet imperiyası və Tan arasında Tzinşuy müqaviləsi imzalanır və müqaviləyə görə sonrakı döyüşlərə son verilir. 784 Tibet imperiyası Antsi və Beytin protektoratlarının mülkiyyəti müqabilində Çju Tsi üsyanının yatırılmasında Tana kömək edir;; Tan öz protektoratlarını Tibet imperiyasına təhvil vermək vədini pozur və nəticədə Tzinşuy müqaviləsi ləğv edilir. 786 Tibet imperiyası Yan, Xia, Şenmu və Yini istila edir. 787 Buddizm Tibetdə rəsmi dinə çevrilir. Tibet İimperiyası Pinlyan müqaviləsinə əsasən Tan məmurlarının və sərkərdələrinin çoxunu ələ keçirir. Tibet imperiyası Yanan və Syaçjou şəhərlərini tərk etməzdən əvvəl şəhərləri darmadağın edirlər. Tibet imperiyası Dunxuan və Kuçanı ələ keçirir. 788 Tan sülaləsi Siçanda Tibet imperiyasını məğlub edir. 789 Tibet imperiyası Lunsyan, Tzinçuan və Binçjouya hücum edir. 790 Tibet imperiyası Cjimasarı fəth edir. 792 Tibet imperiyası conquers Qaoçan və Xotanı istila edir. Uyğur xaqanlığı tibetliləri Qaoçan, Kuça və Qara şəhərdən qovur. 793 Tan generalı Vey Qao 50 Tibet qalasını məhv etdi və 30.000 güclü Tibet ordusunu məğlub edərək Yananı bərpa edirlər. 794 Trisonq Detsen taxtdan imtina edir və onun yerinə oğlu Mune Tsenpo keçir. 796 Tibet imperiyası Tsinyana hücum edir, lakin ordu rəhbəri Nanam Şanq Lanan öldüyü üçün yürüş qəfil dayandırılır. 797 Tisonq Detsen ölür.

IX əsr İl Tarix Hadisələr 800 Sadnaleq Tibet imperatoru olur. 801 Nancjao və Tan qüvvələri Tibet və Abbasilər xilafətinin qullardan ibarət əsgər qüvvələrini məğlub etdilər. 808 Uyğur xaqanlığı Uveyi (Qansu) ələ keçirdi. Şato türklərinin Çuy qolu Tibet imperiyası tərəfindən məğlub edilir və Daxili Çinə köçürülür. 809 Tibet imperiyası Uyğurların Tandakı nümayəndələrinə hücum edir. 810 Tibet imperiyası Abbasilər xilafətinə basqın edir. 813 Uyğur xaqanlığı Qobi səhrasını keçərək tibetlilərə hücum edir. 814 Abbasi xəlifəsi Əl-Məmun Vaxan və Gilgiti işğal edir, buradakı Tibet komandirini və Tibet süvarilərini əsir götürərək Bağdada geri göndərir. 815 Sadnaleq vəfat edir və onun yerinə oğlu Ralpacan keçir. 816 Tibet imperiyası Uyğur xaqanlığının paytaxtı Ordu-Balığa hücum edir, lakin tuta bilmir. 819 Tibet imperiyası Tsinyana hücum edir. 821 Çanqinq müqaviləsi: Tan və Tibet imperiyası, Tana təcavüz etməmək haqqında müqavilə imzalayır və Tan sülaləsi Tibetin Qərb bölgələrinə, eləcə də indiki Qansu əyalətindəki Lonyu və Hexi bölgələrinə sahib olduğunu tanıyır. Tibet imperiyası Tana hücum edir, lakin Yanan qubernatoru tərəfindən qovulur. 838 Ralpaçan ölür və onun yerinə qardaşı Landarma keçir. 842 Landarma ölür və Tibet imperiyası parçalanma dövrünə qədəm qoyur. 843 Qaraşar və Quça Qarahoca uyğur idıkutluğu tərəfindən işğal olunur. 847 Tibet qoşunları Hexi dəhlizinə soxulurlar, lakin Yananda Tan qoşunları tərəfindən məğlub olurlar. 848 Dunxuanlı Çjan İçao Yichao üsyan edir və Tibetin Şaçjou və Quaçjou əyalətlərini tutur. 849 Yuançjounun qərbində yeddi qarnizonda olan tibet komandirləri və əsgərləri Tan tərəfinə keçir. 850 Çjan İçao takes Hami, Çjanye və Tzyutzyuanı tutur. 851 Çjan İçao Qaoçan və Xotanı tutur. 866 Tibetlilər Tibet yaylasına çəkilirlər.

İstinadlar

Ədəbiyyat

.

(alk. paper)

(paperback).

.

Kateqoriya:Tibet