Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmi. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir.
Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
İstinadlar
Kateqoriya:1978-ci ilin filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ erotik komediya filmləri Kateqoriya:Alkoqolizm haqqında filmlər