Qatillərin oyunu (ingiliscə orijinal adı: Assassination Games) 2011-ci ildə Erni Barbaraşın rejissorluğu ilə çəkilmiş və baş rollarda Jan-Klod Van Damm və Skott Adkins ilə İvan Kayın çəkildiyi döyüş filmi. Film 29 iyul 2011-ci ildə ABŞ-də nümayiş olunmuşdur.

Süjet xətti

Narkotik satıcısı Polo Yakur arvadını komaya saldıqdan sonra killer Flint təqaüdə çıxır. Yakurla müqavilə bağlayan Flint təqaüddən çıxır, ancaq bu zaman başqa bir sui-qəsdçi Brezilin də sadəcə olaraq pula görə iş başında olduğunu öyrənir. İki qatil korrupsioner İnterpol agentləri və qanqsterlərlə mübarizə aparmaq üçün könülsüzdə olsa əməkdaşlıq etməyə başlayırlar.

Aktyorlar

Jean-Claude Van Damme - Vincent Brazil Scott Adkins - Roland Flint Ivan Kaye - Polo Yakur Valentin Teodosiu - Blanchard Alin Panc - Kovacs Kevin Chapman - Culley Serban Celea - Wilson Herrod Michael Higgs - Godfrey Kris van Varenberg - Schell Marija Karan - October Bianca van Varenberg - Anna Flint Andrew French - Nalbandian

İstehsalı

Qatillərin oyunu filmində əvvəlcə Stiven Siqal Van Damm ilə birgə rol almağa dair sənədə imza atmışdırlar. Seagal rolu tərk etdikdən sonra Vinnie Jonesun Stiven Siqalı əvəz etdiyi düşünülürdü, lakin bu rol sonda Skott Adkinsə keçmişdir. Çəkilişlər Rumıniya, Buxarest və Yeni Orlean, Luiziana ştatlarında aparılıb.

Nümayiş etdirilməsi

Filmin 29 iyul 2011-ci ildə məhdud buraxılışı var idi. Sony Pictures Home Entertainment DVD-ni 6 sentyabr 2011-ci ildə ABŞ-də və 10 oktyabr 2011-ci ildə Birləşmiş Krallıqda yayımlamışdır.

İstinadlar Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Nyu-Orlean haqqında filmlər Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Snayperlər haqqında filmlər Kateqoriya:Sui-qəsdlər haqqında filmlər Kateqoriya:2011-ci ilin döyüş-triller filmləri