Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992).
Həyatı Aydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur. İxtisasca mühəndis-energetikdir.
Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir.
Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991) I Azərbaycan hökuməti