Nikolay Vartanoviç Saakov (; ) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı.

Həyatı Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir.

1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir. 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir. 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.

Nikolay Saakov 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabr ayından həyatının sonunadək Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinə başçılıq etmişdir.

Nikolay Saakov 1939-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı seçilmişdir. O, 1956–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1964-cü ildən isə üzvlüyünə namizəd olmuşdur.

Xəzərdə dəniz yataqlarının kəşfində göstərdiyi xidmətlərə görə Nikolay Saakova 1951-ci ildə 1-ci dərəcəli "Stalin" mükafatı verilmişdir. Bundan əlavə, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.

Nikolay Saakov 1973-cü il oktyabrın 19-da 65 yaşında vəfat etmişdir. Oktyabrın 20-də Fəxri Xiyabanda dəfn olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Azərbaycan SSR hökuməti (1953–1955) Azərbaycan SSR hökuməti (1955–1959) Azərbaycan SSR hökuməti (1967–1971) Azərbaycan SSR hökuməti (1971–1975)

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri