Hasi-Məsud () — Əlcəzairin şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və dairədəki yeganə kommunadır. Əlcəzairdə neft sənayesinin mərkəzlərindən biridir.

Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın şimal hissəsində, Hasi-Məsud neft yatağının ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 609 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 152 metrdir.

Hasi-Məsud kommunası Ruysat, Əyn-Bəyda, Hasi-Ben-Abdullah, Əl-Həcirə, Mnager, Taybet və Bəl-bURDA kommunaları və İllizi, Tamanrasset və Qardaya vilayətlərinin əraziləri ilə həmsərhəddir . Sahəsi 71,237 km2-dir.

İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 40 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,5 °C, ən isti ay (avqust) 34,3 °C-dir.

Nəqliyyat Şəhər ərazisindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Hasi-Məsud şəhərinin şərqində eyniadlı havalimanı yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri