Ruzanna Səxavət qızı Məmmədova () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Həyatı Ruzanna Məmmədova 2006-cı il iyunun 22-də Masallı rayonunda anadan olub. 2012-ci ildən Suraxanı rayonunda Ə. Məmmədov adına 76 nömrəli tam orta məjtəbdə təhsil alır. 2012-ci ilin may ayında "Şağan" OİK-da sərbəst güləşlə məşğul olmağa başladı. "Neftçi" İdman Klubunun üzvüdür.

Karyerası Ruzanna Məmmədova birinci uğuruna 2013-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında güləş turnirində qızıl medal qazanmaqla imza atdı. Ümumi olaraq 15 dəfə yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olan Ruzanna Məmmədova, 2020-ci ildən güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.

2021-ci il: Beynəlxalq turnirlərdə debüt Ruzanna Məmmədova beynəlxalq səviyyədə birinci turnirinə 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı. 1/8 final mərhələsində Sloveniya nümayəndəsi Andrea Zenuçovanı 28 saniyə ərzində məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində İsveçrə təmsilçisi Svenja Jungo ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibinə 4:8 hesabı ilə məğlub oldu və çempionatı 8-ci pillədə başa vurdu.

Avropa Çempionatından sonra onu daha bir ciddi turnir gözləyirdi. Ruzanna Məmmədova 18–25 iyulda Macarıstanın Budapeşt şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Aliyə Dauleti 1:20 dəqiqə ərzində 10:0 hesabı ilə məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində Rumıniya təmsilçisi Nicoleta Kristina Bajanı da üstələdi (4:0). Bununla da o, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı. Bu mərhələdə Ruzanna Məmmədova Türkiyə nümayəndəsi Sevval Cayır üzərində 1:38 dəqiqə ərzində təmiz qələbə qazandı və finala vəsiqə qazandı. Həlledici görüşdə o, Hindistan təmsilçisi Komal Komal ilə üz-üzə gəldi. Həmin görüşdə Ruzanna Məmmədova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Həmin il Ruzanna Məmmədovaya gənclər və idman naziri Fərid Qayıbovun əmrinə əsasən güləş idman növü üzrə "idman ustası" dərəcəsi verildi.

2022-ci il: Yeniyetmələr arasında Avropa və Dünya çempionluğu 2022-ci ildə də Ruzanna Məmmədova yeniyetmələr arasında Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, 12–20 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında çıxış etdi. Bir il əvvəl həmin turnirdə 8-ci pillənin sahibi olan Ruzanna Məmmədova, bu səfər çempionatın qalibi olmağı bacardı. Əvvəlcə o, 1/8 final mərhələsində İspaniya nümayəndəsi Kandela Giraldez Marqez üzərində 2:36 dəqiqə ərzində 8:0 hesabı ilə, 1/4 final mərhələsində isə Rumıniya təmsilçisi Ana Mariya Cianina Rotaru üzərində 1:32 dəqiqə ərzində təmiz qələbə qazandı və 1/2 final mərhələsinə adladı. Bu mərhələdə Ruzanna Məmmədova Türkiyə nümayəndəsi Sevval Cayır ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, 8:5 hesabı ilə qalib gəldi və çempionatın finalına vəsiqə qazandı. Həlledici görüşdə Ruzanna Məmmədova İtaliya təmsilçisi Fabiana Rinella ilə üz-üzə gəldi və 2:26 dəqiqə ərzində təmiz qələbə qazandı. Bu minvalla da o, yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu.

25–31 iyulda isə İtaliyanın Roma şəhərində yeniyetmələr arasında Dünya Çempionatı baş tutdu. Ruzanna Məmmədova birinci görüşdə Rumıniya güləşçisi Ana Mariya Cianina Rotaru üzərində 1:42 dəqiqə ərzində təmiz qələbə qazandı. Daha sonra isə o, 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Victoria Boynovanı 8:1, 1/4 final mərhələsində isə Türkiyə təmsilçisi Sevval Cayırı 4:2 hesabları ilə məğlub etdi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Ruzanna Məmmədova Qazaxıstan nümayəndəsi Ayımgül Əbilovaya 1:52 saniyə ərzində 10:0 hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Yaponiya təmsilçisi Mihoho Taheuçi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ruzanna Məmmədova 0:3 hesabı ilə məğlub vəziyyətdə olsa da, görüşdə geri dönüş edə bildi və rəqibi üzərində 5:3 hesabı ilə qələbə qazandı. Bununla da Ruzanna Məmmədova yeniyetmələr arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.

Ruzanna Məmmədova Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2022-ci ilin gənc idmançısı seçildi.

2025-ci ilin noyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı.

Uğurları SıraİlYarışŞəhərNəticə12021Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan8.2Yeniyetmələrin Dünya Çempionatı Macarıstan2.32022U17 Avropa Çempionatı Rumıniya1.4U17 Dünya Çempionatı İtaliya1.52023U17 Avropa Çempionatı Albaniya2.6U20 Avropa Çempionatı İspaniya3.7U17 Dünya Çempionatı Türkiyə7.82024Dünya Olimpiya Təsnifat Turniri Türkiyə7.9U23 Avropa Çempionatı Azərbaycan3.10U20 Avropa ÇempionatıSerbiya1.112025VI İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanı2.11 2025 U-20 Avropa çempionatı İtaliya 1

12 2025 U-20 Dünya Çempionatı Bolqarıstan 2 Fərdi uğurları Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) versiyasına görə 2022-ci ilin gənc idmançısı.

Görüşlərinin nəticələri Qəl. — Qalib gəldi / Məğ. — Məğlub oldu

Ruzanna Məmmədovanın görüşlərinin nəticələriSıraNəticəTurnirTarixRəqibHesabMərhələ1.Qəl.Yeniyetmələrin Avropa Çempionatı06/2021 Andrea Zenuçova4:0F1/8 final mərhələsi2.Məğ. Svenja Jungo8:41/4 final mərhələsi3.Qəl.Yeniyetmələrin Dünya Çempionatı07/2021 Aliyə Daulet10:01/8 final mərhələsi4.Qəl. Nicoleta Kristina Baja4:01/4 final mərhələsi5.Qəl. Sevval Cayır2:0F1/2 final mərhələsi6.Məğ. Komal Komal2:6gümüş medal qazandı7.Qəl.Yeniyetmələrin Avropa Çempionatı06/2022 Kandela Giraldez Marqez8:01/8 final mərhələsi8.Qəl. Ana Mariya Cianina4:0F1/4 final mərhələsi9.Qəl. Sevval Cayır8:51/2 final mərhələsi10.Qəl. Fabiana Rinella4:0Fqızıl medal qazandı11.Qəl.Yeniyetmələrin Dünya Çempionatı07/2022 Ana Mariya Cianina4:0F1/16 final mərhələsi12.Qəl. Victoria Boynova8:11/8 final mərhələsi13.Qəl. Sevval Cayır4:21/4 final mərhələsi13.Qəl. Ayımgül Əbilova10:01/2 final mərhələsi14.Qəl. Mihoho Taheuçi5:3qızıl medal qazandı

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:XXI əsr Azərbaycan qadınları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları