Azərbaycanda yeni parlament seçkiləri (may 1999) — 1999-cu ilin may ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş yeni parlament seçkiləri.
Zəmin 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 74 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Səfyar Musayev 6 yanvar 1999-cu il tarixində ölmüşdür. Səfyar Musayevdən boşalan yer üçün yeni seçkilər təyin olunmuşdur.
Namizədlər Deputat Səfyar Musayevdən boşalan yer üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1999-cu il tarixli 109 nömrəli fərmanı ilə 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 30 may 1999-cu il tarixinə yeni seçkilər təyin olunmuşdur.
Seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası iştirak qərarı almışdır.
Seçki nəticələri
Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 8 iyun 1999-cu il tarixində elan olunmuş, təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 iyun 1999-cu il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı deputat seçilmişdir.
Ümumi Məntəqə sayı 49Seçici sayı 45 540Səs sayı 40 571Səs faizi (%) 89,09Deputat sayı 1
Dairə üzrə PartiyaNamizədTopladığı səsSəs faizi (%)Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn Kazımlı36 93591.03Cəmi40 571100.00
İstinadlar
Kateqoriya:Azərbaycanda əlavə, təkrar və yeni parlament seçkiləri Kateqoriya:1999-cu ildə seçkilər Kateqoriya:1999-cu ildə Azərbaycan