Vasili I Dmitriyeviç (; Rom: I Vasili Dmitriyeviç; ) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi.

O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.

İstinadlar

Kateqoriya:Rüriklər sülaləsi Kateqoriya:Böyük Moskva knyazları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri