Azərbaycanda əlavə parlament seçkiləri (2004) — 2004-cü ilin oktyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri.
Zəmin 2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 24 saylı Birinci Nərimanov seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü deputat Samur Novruzov 24 sentyabr 2001-ci il tarixində ölmüşdür. Həmçinin 28 saylı Səbail seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2004 tarixli 95 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universiteti rektoru vəzifəsindən azad edilmiş və 20 fevral 2004 tarixli, 96 nömrəli digər bir sərəncamla Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 aprel 2004 tarixli iclasında alınmış 3/30 nömrəli qərara əsasən Əli Məmməd oğlu Abbasovun deputat səlahiyyətləribə xitam verilmişdir. Eyni zamanda 2002-ci il tarixində keçirilmiş konstitusiya referendumuna əsasən proporsional seçki sistemi və çoxmandatlı seçki dairələri ləğv edilmiş, əvəzinə 125 tək mandatlı seçki dairəsi təsis edilmişdir. Bu səbəbdən 28 saylı Səbail seçki dairəsi ləğv edilmiş, əvəzində 29 saylı Səbail seçki dairəsi yaradılmışdır. Həmçinin 5 mart 2003-cü il tarixində keçirilmiş əlavə parlament seçkilərində 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Şadman Hüseyn 5 avqust 2003-cü il tarixində ürəktutma səbəbi ilə ölmüşdür. Onun ölümündən sonra 91 saylı Xanlar-Daşkəsən seçki dairəsinin əvəzində yeni yaradılmış 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi boş qalmışdır. Qeyd olunan üç dairədə də boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur.
Partiyalardakı vəziyyət Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Klivlend şəhərində, müalicə aldığı Klivlend Klinikasında ölmüşdür. Bu səbəbdən partiyaya sədrlik isə müvəqqəti olaraq partiya sədrinin birinci müavini və yeni seçilmiş prezident İlham Əliyevə həvalə edilmişdir. Bu seçkilər Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyində qatıldığı ilk seçkilərdir.
Namizədlər Deputat Samur Həsən oğlu Novruzov, deputat Əli Məmməd oğlu Abbasov və deputat Şadman Bəhlul oğlu Hüseyndən boşalan yerlər üçün 19 oktyabr 2004-cü il tarixinə əlavə seçkilər təyin olunmuşdur.
Seçkilərdə Azərbaycan Liberal Demokrat Partiyası və Yeni Azərbaycan Partiyası üzvləri iştirak qərarı almışdır.
24 saylı Nizami birinci seçki dairəsi üzrə 7 namizəd - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Eldar Allahyar oğlu Quliyev, Əli Qurban oğlu Cəfərov, Əliəkbər Əli Əsgər oğlu Quliyev, Əziz Səməndər oğlu Əbdüləziz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, İlqar Əli oğlu Məmmədov və Rəşad Aydın oğlu Rzaquliyev öz namizədliyini irəli sürmüşdür.
29 saylı Səbail seçki dairəsi üzrə 3 namizəd - Yeni Azərbaycan Partiyası üzvü Afət Əjdər qızı Xanbabayeva, Elşən Mustafa oğlu Musayev və Əhməd Sərhad oğlu Həsənov öz namizədliyini irəli sürmüşdür.
101 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə 4 namizəd - Elxan Əziz oğlu Qəmbərov, Rövşən Şükür oğlu Rzayev, Vahid Hacəli oğlu Hacıyev və Yusif Hilal oğlu Əbdüləzimov öz namizədliyini irəli sürmüşdür.
Seçki nəticələri
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarını, qanuna müvafiq olaraq onlara əlavə edilən sənədlərlə birlikdə 9 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 16 noyabr 2004-cü il tarixində qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir. Nəticələrə əsasən 24 saylı Nizami birinci seçki dairəsi üzrə bitərəf namizəd Eldar Allahyar oğlu Quliyev, 29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Afət Əjdər qızı Xanbabayeva və 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə bitərəf namizəd Rövşən Şükür oğlu Rzayev deputat seçilmişdir.
Ümumi 24 saylı Nərimanov birinci29 saylı Səbail101 saylı Xanlar-DaşkəsənCəmiMəntəqə sayı313178140Seçici sayı 37 59542 00339 448119 046Səs 21 72515 83322 62360 181Seçici aktivliyi 57.78%37.6%57.3%50.55%Deputat sayı 1113
Dairələr üzrə
24 saylı Nizami birinci PartiyaNamizədTopladığı səsSəs faizi (%)BitərəfEldar Quliyev15 52473.11Əli Cəfərov1 1385.36Ələkbər Quliyev1 3556.38Əziz Əbdüləziz1 0254.83Azərbaycan Liberal Demokrat PartiyasıFuad Əliyev6022.84İlqar Məmmədov (Əli oğlu)7573.57Rəşad Rzaquluyev8233.92Etibarlı səslərin sayı21 233'''|- | colspan="2" |Etibarsız səslərin sayı|492|-'''
29 saylı Səbail PartiyaNamizədTopladığı səsSəs faizi (%)Yeni Azərbaycan PartiyasıAfət Xanbabayeva13 17384.17%Elşən Musayev1 0906.96Əhməd Həsənov1 3888.87Etibarlı səslərin sayı15 651'''|- | colspan="2" |Etibarsız səslərin sayı|1 135|-'''
101 saylı Xanlar-Daşkəsən PartiyaNamizədTopladığı səsSəs faizi (%)Elxan Qəmbərov2 20510.02BitərəfRövşən Rzayev17 74780.62Vahid Hacıyev6893.13Yeni Azərbaycan PartiyasıYusif Əbdüləzimov1 3736.24Etibarlı səslərin sayı22 014'''|- | colspan="2" |Etibarsız səslərin sayı|609|-'''
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycanda əlavə, təkrar və yeni parlament seçkiləri Kateqoriya:2004-cü ildə seçkilər Kateqoriya:2004-cü ildə Azərbaycan