Tomris Uyar () — türk yazıçı və tərcüməçi.
Həyatı Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda iki vəkilin qızı və Cümhuriyyət Xalq Partiyasının siyasətçisi Süleyman Sırrı Gedikin nəvəsi olaraq dünyaya gəlmişdir. İngilis Qızlar Orta Məktəbi və Arnavutköy Amerika Qızlar Kollecində təhsil almışdır (1961). 1963-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika İnstitutunu bitirib.
Camal Sürəya və Ülkü Tamerlə birlikdə "Papirus" jurnalının yaradıcılarından olan Uyar "Yeni Dergi", "Soyut", "Varlıq" kimi jurnallarda esse, tənqid və kitab təqdimatlarını dərc edib. 60-dan çox dildə tərcüməsi çap olunan Uyarın gündəlikləri "Gündökümü" ümumi adı ilə nəşr olunmuşdur. Virciniya Vulf, Edqar Allan Po, Xorxe Luis Borxes, Luis Kerroll, Antuan de Sent-Ekzüperi və Qabriel Qarsiya Markes kimi müəlliflərin əsərlərini türk dilinə tərcümə etmiş, qısa hekayələri 11 cilddən ibarət kitabda nəşr olunmuşdur.
2003-cü ildə qida borusu xərçəngindən vəfat edən yazıçının məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir.
Mükafatları 1975-ci ildə həyat yoldaşı Turqut Uyarla birlikdə Lukresinin təbii ensiklopediya "De rerum natura" (Evrenin yapısı, İstanbul 1974) tərcüməsinə görə Türk Dil Qurumunun mükafatını qazanmışdır. 1980 və 1987-ci illərdə Sait Faiq Hekayə Ərmağanına layiq görülən iki türk yazıçıdan biri olub. 1987-ci ildə Teatr İncəsənətinin İnkişafı Fondunun illik mükafatını aktyor Avni Dilligilin xatirəsinə, 2002-ci ildə isə ilin ən yaxşı povestinə görə "Dünya" mükafatına layiq görülüb. Elə həmin il Sedat Simavi Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
Şəxsi həyatı 1963-cü ildə şair Ülkü Tamerlə ailə quran Tomris Uyarın evliliyi 1964-cü ildə qızları Ekinin süddən boğulmasından sonra sona çatır. Tomris Uyar 1969-cu ildə şair Turqut Uyarla ailə qurmuş və onların Hayri Turqut Uyar adlı oğlu dünyaya gəlmişdir. Hayri Turqut Uyar hazırda ITU-da müəllimdir.
Evli olduğu müddətdə Camal Sürəya ilə münasibətdə olan Tomris Uyara Edip Cansevər də aşiq idi.
Əsərləri Qısa hekayələr və digər yazılar
İpek ve bakır — 1971 Ödeşmeler — 1973 Dizboyu papatyalar — 1975 Yürekte bukağı — 1979, winner of the 1980 Sait Faik prize Yaz düşleri / Düş kışları — 1981 Gecegezen kızlar — 1983 Yaza yolculuk — 1985, winner of the 1986 Sait Faik prize Sekizinci günah — 1990 Otuzların kadını — 1992 Aramızdaki şey — 1998 Şiirde dün yok mu: Turgut Uyar üzerine yazılar — 1999
Gündəliklər
Gündökümü 75 — 1976 Sesler, yüzler, sokaklar — 1981 Günlerin tortusu (1980–1984): bir uyumsuzun notları — 1985 Yazılı günler (1985–1988) — 1989 Tanışma günleri / anları: (1989–1995) — 1995 Yüzleşmeler: bir uyumsuzun notları, 1995–1999 — 2000
Tərtiblər
Gündökümü (1975–1980): bir uyumsuzun notları — 1990 Rus ruleti — 1985 İki yaka iki uç — 1992
İstinadlar
Kateqoriya:Türkiyə tərcüməçiləri Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Alman dilindən tərcümə edənlər Kateqoriya:İngilis dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri