Viktoriya Sinitsina () — Rusiya Federasiyasını təmsil edən fiqurçu. Sinitsina 2008-2014-cü illərdə Jiqanşin ilə birgə, 2014-cü ildən isə Katsalapov ilə birgə beynəlxalq turnirlərdə mübarizə aparır.
2008-2014-cü illərdə çıxış edən Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və Polşa mərhələlərinin, həmçinin Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının və Belarusda baş tutan gənclər arasında Dünya Çempionatının qalibi olub. Həmçinin Sinitsina & Jiqanşin cütlüyü 2014-cü ildə Rusiya Federasiyasını Soçi şəhərində XXII Qış Olimpiya Oyunlarında təmsil edib.
Sinitsina 2014-cü ildən Katsalapov ilə birgə beynəlxalq turnirlədə mübarizə aparmağa başladı. Sinitsina & Katsalapov cütlüyü 8 mövsüm ərzində beş dəfə ISU Qran-Pri turnirlərinin qalibi oldu — 2019, 2020 və 2021-ci illərdə Rusiya mərhələsində, 2019-cu ildə Çin mərhələsində, 2021-ci ildə isə Yaponiya mərhələsində. 2019-cu ildə Kanadada baş tutan ISU Qran-Pri Finalında isə Sinitsina & Katsalapov cütlüyü gümüş medala sahib oldu.
2020-ci ildə Avstriyada, 2022-ci ildə isə Estoniyada baş tutan Avropa Çempionatlarının qalibi olan Sinitsina & Katsalapov cütlüyü, Dünya Çempionatlarında bir dəfə — 2021-ci ildə qızıl medala sahib olub. Karyeralarının ən ciddi uğuruna isə Sinitsina & Katsalapov cütlüyü 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında nail olub. Komanda turnirində Olimpiadanın qalibi olan Sinitsina & Katsalapov cütlüyü, buzüstərəqs turnirində gümüş medala sahib oldu.
Həyatı Viktoriya Sinitsina 1995-ci il aprelin 29-da anadan olub. Dörd yaşından idman məşğul olur. 2004-cü ildən Katsalapov ilə birgə məşq eləməyə başladı.
Karyerası Sinitsina & Jiqanşin cütlüyü 2007—2008-ci illər: Nüfuzlu turnirlərdə debüt Sinitsina & Jiqanşin cütlüyü birinci nüfuzlu turnirində 2008-ci ilin 30 yanvar-2 fevralında Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 126.94 balla 14 idmançı sırasında 12-ci pillənin sahibi oldu.
2008—2009-cu illər: Gənclər arasında ISU Qran-Pri turnirində debüt Sinitsina & Jiqanşin cütlüyü 2008-2009-cu illər mövsümündə beynəlxalq səviyyəli turnirlərdə debüt etdi. 2-6 sentyabrda İtaliyanın Merano şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin İtaliya mərhələsində, Sinitsina & Jiqanşin cütlüyü məcburi rəqsdə 25.40 balla yeddinci, orijinal rəqsdə 44.74 balla beşinci, səbəst rəqsdə isə 66.05 balla altıncı pillələrin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 136.20 balla turniri altıncı pillədə başa vurdu.
Daha sonra Sinitsina & Jiqanşin cütlüyü Almaniyanın Dortmund şəhərində baş tutan gənclər arasında NRW Trophy beynəlxalq turnirində çıxış etdi və ümumi nəticədə 146.94 balla turnirin gümüş medalına sahib oldu.
2009-cu ilin 28-31 yanvarında isə Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 148.35 balla turniri yeddinci pillədə başa vurdu.
2009—2010-cu illər: Gənclər arasında Qran-Prilərdə çıxış Sinitsina & Jiqanşin cütlüyü 2009-2010-cu illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin ABŞ və Xorvatiya mərhələlərində mübarizə apardı. Sinitsina & Jiqanşin cütlüyü əvvəlcə 2-5 sentyabrda Birləşmiş Ştatlarda baş tutan gənclər arasında ISU ABŞ Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü məcburi rəqsdə 30.88 balla üçüncü, orijinal rəqsdə 44.50 balla yeddinci, sərbəst rəqsdə isə 70.04 balla beşinci pillələrin sahibi oldu. Bununla da ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 145.42 balla turniri beşinci pillədə başa vurdu.
Daha sonra Sinitsina & Jiqanşin cütlüyü Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında ISU Xorvatiya Qran-Prisində çıxış etdi. Məcburi rəqsdə 30.42 balla dördüncü, orijinal rəqsdə 46.38 balla dördüncü, sərbəst rəqsdə isə 68.00 balla beşinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 144.80 balla turniri beşinci pillədə başa vurdu.
Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü, gənclər arasında ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.
Sinitsina & Jiqanşin cütlüyü 2010-cu ilin 2-6 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Məcburi rəqsdə 32.26 balla yeddinci, orijinal rəqsdə 52.14 balla beşinci, sərbəst rəqsdə isə 78.12 balla beşinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 162.52 balla turniri altıncı pillədə başa vurdu.
2010—2011-ci illər: Gənclərin ISU Qran-Pri Finalında gümüş medal thumb|280x280px|alt=|Sinitsina & Jiqanşin cütlüyü 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalında Sinitsina & Jiqanşin cütlüyü 2010-2011-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və İngiltərə mərhələlərində mübarizə apardı. 15-20 noyabrda Avstriyanın Qrats şəhərində baş tutan gənclər arasında ISU Avstriya Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 50.46 balla 2-ci pillənin, sərbəst proqramda isə 76.16 balla 2-ci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 126.62 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin gümüş medalına sahib oldu.
Daha sonra Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında ISU Qran-Pri turnirinin İngiltərədə baş tutan mərhələsində çıxış etdi. Şeffild şəhərində baş tutan turnirin qısa proqramında 54.52 balla 2-ci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 80.34 balla 2-ci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 134.86 balla gənclər arasında ISU İngiltərə Qran-Prisinin gümüş medalına sahib oldu.
Mövsüm ərzində ISU Qran-Pri turnirlərində gümüş medallara sahib olan Sinitsina & Jiqanşin cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı. Gənclərin ISU Qran-Pri Finalı Çində baş tutdu. Turnirin qısa proqramında 55.58 balla 1-ci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 80.04 balla 2-ci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 135.62 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.
Sinitsina & Jiqanşin cütlüyü 2010-2011-ci illər mövsümü ərzində üç turnirdə mübarizə apardı və onların üçündə də gümüş medala sahib oldu.
2011—2012-ci illər: Gənclərin Dünya Çempionatında qələbə thumb|280x280px|alt=|Sinitsina & Jiqanşin cütlüyü 2011-ci ildə gənclər arasında ISU Qran-Pri Finalında|left Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Polşa və Avstriya mərhələlərində mübarizə apardı. 15-18 sentyabrda Polşada baş tutan gənclər arasında ISU Polşa Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 56.84 balla birinci pillənin, sərbəst proqramda isə 84.48 balla birinci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 141.32 balla gənclər arasında ISU Polşa Qran-Prisinin qalibi oldu.
Daha sonra Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında ISU Qran-Pri turnirinin Avstriyada baş tutan mərhələsində çıxış etdi. Turnirin qısa proqramında 62.74 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 92.36 balla birinci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 155.10 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin qızıl medalına sahib oldu.
Mövsüm ərzində ISU Qran-Pri turnirlərində qızıl medallara sahib olan Sinitsina & Jiqanşin cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı. Gənclərin ISU Qran-Pri Finalı Kanadada baş tutdu. Turnirin qısa proqramında 60.48 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 88.06 balla birinci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 148.54 balla gənclər arasında ISU Qran-Pri Finalının qalibi oldu.
Sinitsina & Jiqanşin cütlüyü 2012-ci ilin 5-8 fevralında gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Jiqanşin cütlüyü 66.28 balla birinci pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 94.96 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 161.24 balla gənclər Rusiya Çempionatının qızıl medalına sahib oldu. Turnirin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü martda baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
2012-ci ilin gənclər arasında Dünya Çempionatı 26 fevral-4 martında Belarusda baş tutdu. Sinitsina & Jiqanşin cütlüyü turnirdə qısa proqramda 64.78 balla birinci pillənin, sərbəst proqramda isə 90.04 balla birinci pillənin sahibi oldu. Bununla da ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 154.82 balla gənclər arasında Dünya Çempionatının qalibi oldu.
Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümü ərzində beş turnirdə mübarizə apardı və onların beşində də qızıl medala sahib oldu.
2012—2013-cü illər: Rusiya Çempionatında debüt Sinitsina & Jiqanşin cütlüyü 2012-2013-cü illər mövsümündə ISU Qran-Pri turnirinin Çin və Rusiya mərhələlərində mübarizə apardı. 2-4 noyabrda Çinin Şanxay şəhərində baş tutan ISU Çin Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 56.10 balla altıncı pillənin, sərbəst proqramda isə 82.38 balla beşinci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 138.48 balla ISU Çin Qran-Prisini altıncı pillədə başa vurdu.
Daha sonra Sinitsina & Jiqanşin cütlüyü ISU Qran-Pri turnirinin 8-11 noyabrda Rusiyada baş tutan mərhələsində çıxış etdi. Turnirin qısa proqramında 60.85 balla üçüncü pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 84.25 balla dördüncü pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 145.10 balla ISU Rusiya Qran-Prisinin bürünc medalına sahib oldu.
Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.
Sinitsina & Jiqanşin cütlüyü 2012-ci ilin sonlarında Soçi şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Jiqanşin cütlüyü 60.04 balla dördüncü pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 94.94 balla dördüncü pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 154.98 balla Rusiya Çempionatının beşinci pillədə başa vurdu.
Sinitsina & Jiqanşin cütlüyü 2013-cü ilin yanvarında Latviyanın Riqa şəhərində baş tutan Volvo Open Cup beynəlxalq turnirində mübarizə apardı. Qısa proqramda 65.68 balla birinci, sərbəst proqramda isə 98.78 balla birinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 164.46 balla turnirin qalibi oldu.
Sinitsina & Jiqanşin cütlüyü 2012-2013-ci illər mövsümü ərzində dörd turnirdə mübarizə apardı və onların birində qızıl medala sahib oldu.
2013—2014-cü illər:
Sinitsina & Katsalapov cütlüyü 2014—2015-ci illər: Katsalapov ilə debüt mövsümü Sinitsina & Katsalapov cütlüyü 2014-2015-ci illər mövsümündə ISU Qran-Pri turnirinin Rusiya və Yaponiya mərhələlərində mübarizə apardı. 14-16 noyabrda Rusiyadə baş tutan ISU Rusiya Qran-Prisində Sinitsina & Katsalapov cütlüyü qısa proqramda 58.96 balla dördüncü pillənin, sərbəst proqramda isə 92.60 balla dördüncü pillənin sahibi oldu. Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 151.56 balla ISU Rusiya Qran-Prisinin dördüncü pillədə başa vurdu.
Daha sonra Sinitsina & Katsalapov cütlüyü 28-30 noyabrda ISU Qran-Pri turnirinin Yaponiyada baş tutan mərhələsində çıxış etdi. Turnirin qısa proqramında 55.94 balla 5-ci pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, sərbəst proqramda 68.38 balla 8-ci pillənin sahibi oldu. Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 124.32 balla ISU Yaponiya Qran-Prisini yeddinci pillədə başa vurdu.
Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Katsalapov cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.