link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b9/DMZ1.jpg/300px-DMZ1.jpg|thumb|300x300px| Demilitarizasiya zonası və onun cənubunda Kuanqçi vilayətinin bir hissəsi. Vyetnam silahsızlaşdırılmış zonası (, qısaldılmış DMZ) — 1950–1970-ci illərdə Vyetnamı iki dövlətə bölən zona. Vyetnam müharibəsi zamanı bura fəal hərbi əməliyyatların aparıldığı yerə çevrilmişdir.

Tarixi 1954-cü ildə Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan Cenevrə razılaşmasına əsasən, Vyetnam müvəqqəti olaraq fərqli siyasi sistemə malik iki hissəyə bölünmüşdür. Ölkənin birləşməsi 1956-cı ildə keçirilən ümumi azad seçkilərdən sonra baş tutmalı idi.

Şimali və Cənubi Vyetnam 17-ci paralel boyunca hərbi qurğuların və ya hərbi hissələrin yerləşdirilməsinin qadağan edildiyi silahsızlaşdırılmış zona ilə bölünmüşdür. Bir neçə kilometr enində olan bu zona Vyetnamın bölünməsinin simvoluna çevrilən Benhay çayının hər iki sahilində Kuanqçi və Vinlin şəhərləri arasında uzanırdı.

İstinadlar

Xarici keçidlər Краткая информация о ДМЗ на сайте U-S-History.com Brush P. Big Guns of Camp Carroll

Kateqoriya:Birinci Hind-Çin müharibəsi Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Vyetnamın inzibati bölgüsü Kateqoriya:Kuanqbin vilayəti Kateqoriya:Kuanqçi vilayəti Kateqoriya:Beynəlxalq sərhədlər