Paris (, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, belə ki, 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir.
Coğrafiyası thumb|left|180px|Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 km², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 km²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var.
Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.
İqlimi Paris süst klimatik zonada yerləşir. Orta illik temperatur 10,9 °C, orta illik yağıntı – 585mm-dir. Parisin mikro iqlimi az rütubətli, gündüzləri az işıqlı, gecələri isə nisbətən işıqlıdır. Ən yüksək temperatur 39,3 °C 12 avqust 2003-cü ildə, ən aşağı temperatur −25,6 °C 10 dekabr 1878-ci ildə, 24 saat ərzində ən dəyişkən temperatur (+12°C-dən −10°C-dək) 31 dekabr 1978-ci ildə, ən güclü külək isə (169km/saat) 1999-cu ilin dekabrında qeydə alınmışdır. Meteoroloji müşahidələr 1873-cü ildən bəri Montsouris parkındakı meteoroloji stansiyadan davamlı olaraq aparılır.
Hidroqrafiya Kiçik adalara malik Sena çayı Paris şəhərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. Adalar içərisində ən əhəmiyyətlisi Parisin beşiyi sayılan hələ antik dövrdə məskunlaşmış Site adası sayılır. Notr-Dam de Pari, Sent-Şapel, Konserjeri kimi tarixi abidələr məhz burada yerləşir.
Ənənvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.
Tarixi thumb|left|180px|Lütesiyanın planı Şəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.
e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərini oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.
Orta əsrlər
thumb|180px|Parisin planı, 1223-cü il
Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.
XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu, sonralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.
XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.
Yeni tarix XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36km-ə çatdırılır.
XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.
thumb|left|200px|Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir. Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.
İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.(6 həftə)
1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.
Əhalisi Paris əhalisininillər üzrə artım cədvəli 1150 50 000 1200 120 000 1328 200 000 1365 275 000 1422 100 000 1500 150 000 1565 294 000 1590 300 000 1637 415 000 1680 515 000 1750 576 000 1789 650 000 1801 547 800 1810 714 600 1851 1 053 000 1872 1 851 702 1881 2 240 000 1901 2 714 000 1926 2 871 000 1954 2 850 000 1975 2 300 000 1999 2 125 000 2007 2 143 000Des villages Cassini
Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/km²-dir.
Demoqrafik məlumatlar Antik zamanlarda və orta əsrlərdə çoxsaylı müharibələr, epidemiyalar və əhali arasında kütləvi aclıqlar əhalinin tez-tez azalmasına səbəb olmuşdur.1832-ci ildə vəba epidemiyası təxminən 20 000 insanın tələfinə səbəb olmuşdur.
XIX əsrin sənayeləşməsi əhalinin artımına səbəb olmuşdur. 1921-ci ildə əhali rekord həddə 3 milyona catmışdır. Hal hazırda Parisdə 2 milyondan bir qədər artıq əhali yaşayır.
Ətraf rayonlarda əksinə əhali artmaqdadır. 1921-ci ildə 4,85 milyon yaşadığı halda, 2006-cı ildə rəqəm 11,6 milyonu kecmişdir.
Təgaüd yaşlı əhali əsasən şəhərətrafında yaşamağa üstünlük verir. Məhz buna görə də Parisi "cavan" şəhər adlandırırlar. Əhalinin əksəriyyəti subaylardan ibarətdir. Orta hesabla hər parisli ailəsi 1,75 nəfərdən ibarətdir.
Etnik tərkibi Hal azırda Parisdə 310 000 immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətini Portuqaliya, Əlcəzair, Mərakeş, Avropa və Afrika olkələrindən olan gəlmələr təşkil edir.
İnzibati bölgüsü thumb|Parisin 20 bələdiyyə dairəsi Şəhər iki aqlomerasiyadan: intra-muros – "divar içi" və Grand Paris – "Böyük Paris"dən ibarətdir.
Paris 20 bələdiyyə dairəsinə — arrondissementinə (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr. quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.
İdarəçilik thumb|200px|Paris bələdiyyəsi 2001-ci ilin martından şəhərin bələdiyyə başçısı Fransa sosialist partiyasının nümayəndəsi Bertran Delanodur. Onun lehinə şəhər şurasının 163 üzvündən 92-si öz səsini vermişdir. 2008-ci ildə təkrar seçilmişdir.
Qardaşlaşmış şəhər , Roma (1956). Məşhur deyimə görə: fr. Seule Paris est digne de Rome; seule Rome est digne de Paris / it. Solo Parigi è degna di Roma; Solo Roma è degna di Parigi / "Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir".
İqtisadiyyatı Ölkənin mühüm iqtisadi mərkəzidir. Demək olar ki, əksər sənaye müəssisələrinin, bankların, sığorta, telerabitə kompaniyalarının (Vivendi Universal, Groupe Lagardère, Groupe TF1), məşhur mətbuat müəssisələrinin (Le Figaro, Le Monde, Libération) ofis və mənzil-qərargahları burada yerləşmişdir. İşsizlik ölkənin orta işsizlik səviyyəsinə uyğundur.
İş yerlərinin 85%-i xidmət sahələrinin payına düşür. Ümumiyyətlə iş yerlərinin 35%-i iaşə xidmətinin, 30%-i istehsal müəssisələrinin, 20%-i tikinti sektorunun və 15%-i yeyinti sənayesinin payına düşür.
Turizm biznesi yüksək inkişaf səviyyəsindədir. 2007-ci ildə Paris mağazalarında çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləmişlər. Nəqliyyat
Avtomobil nəqliyyatı Paris nəhəng nəqliyyat qovşağına malik olub, tarixi yolların kəsişdiyi şəhərdir. Parisdən radius şəkilli müxtəlif istiqamətlərə yönəlmiş avtomobil yolları başlanğıc götürürlər. Bu yollara A1 Lill isiqamətli, A4 Reyms isiqamətli, A5 Dijon isiqamətli, A6 Lion istiqamətli, A7 Never isiqamətli, A10 Orlean isiqamətli, A13 Ruan isiqamətli avtomagistrallarını misal göstərmək olar.
Bilavasitə şəhərətrafı iki dairəvi A86 və A104 magistrallarına malikdir. 230px|thumb|left|Şəhərətrafı dairəvi yolun xəritəsi
Hava nəqliyyatı Paris üç beynəlxalq hava limanına malikdir:
Şarl de Qoll Hava Limanı sərnişindaşıma həcminə görə Avropada 3-cüdür Orli hava Hava Limanı sərnişindaşıma həcminə görə Avropada 9-cudur, əsasən daxili reyslər həyata keçirilir. Le Burje Hava Limanı bir qədər köhnədir, xüsusi uçaqlar və avio kompaniyalar üçün istifadə olunur.
Dəmiryol nəqliyyatı Paris vağzallarının dəmiryol xətləri Fransanın bütün əyalətləri və qonşu Avropa ölkələri ilə birbaşa əlaqəlidir.
Sen-Lazar — Normandiya. Şimal vağzalı — Böyük Britaniya (Eurostar), Belçika və Hollandiya (Thalys) (TGV). Şərq vağzalı — Almaniya, Avstriya. Lion — Аlp, İsveçrə, İtaliya (TGV). Bersi — Alp, İtaliya (gecə qatarı). Austerliç Аустерлиц — İspaniya, Portuqaliya (TGV). Monparnas — Bretan və qərbi Fransa (TGV). Le Burje — xüsusi olaraq yük qatarları üçün istifadə olunur.
İctimai nəqliyyat reit|150 px|thumb|Paris metrosunun sxemi Ən rahat və praktik nəqliyyat vasitəsi Paris metrosudur. 1900-cü ilin iyul ayında fəaliyyət göstərən uzunluğu 212,5km olan metro 16 xəttdən ibarətdir. Metro infrastrukturuna eyni zamanda əlavə olaraq 5 (RER – A, B, C, D, E xətləri) ekspress regional elektrik qatar xətti də daxildir.
Hələ 1930-cu illərdə ləğv edilmiş tramvay xətlərinin 1992-ci ildən etibarən bərpasına başlanılmışdır. 4 xəttə malik tramvaylar Parisin əsasən ətraf məhəllələrlə əlaqələndirilməsində heç də az rol oynamırlar.
Parisin avtobus nəqliyyat sisteminə nəinki adi marşrutlar, eyni zamanda turist marşrutları da daxildir.
2007-ci ildən Parisdə çoxlu sayda avtomat velosiped kirayə məntəqələri (Vélib) mövcuddur.
Təhsil Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.
Parisin digər məşhur təhsil müəssisələrinə Kollec de Frans, CNAM, Politexnik məktəbi, Katolik institutu, HEC Paris, Dağ-mədən və Milli idarəetmə institutları aiddirlər. Həmçinin 5 akademiyanı, xüsusilə 1803-cü ildən tərkib hissəsi sayılan Fransa Akademiyasını özündə birləşdirən Fransa İnstitutu (Institut de France) Parisdə yerləşir. Fransa Akabemiyası Paris ədəbiyyat dərnəyi əsasında 1629-cu ildə Valentin Kanrar tərəfindən təsis edilmişdir. Akademiya 1635-ci ildən dövlət elm müəssisəsi statusuna malikdir. Fransa Milli Kitabxanası 1368-ci ildə kral V Karl tərəfindən Luvrdakı şəxsi kitabxanası əsasında yaradılmışdır. Kral XI Lüdovikin vəfatından sonra monarxa məxsus bütün əlyazmaların ənənəyə əsasən məhv edilməsinə qarşı çıxaraq, əksinə onların toplanib kitabxana fonduna verilməsi qərarına gəlməsi onu daha da zənginləşdirmişdir.
Muzeylər 1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır. Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.
Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656–1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.