Ayxal (; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır.

2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur.

Coğrafiya Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür.

Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur.

Tarixi Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur. 1962-ci ildən şəhər tipli qəsəbə statusu yaradılmışdır.

Din Qəsəbədə "Məsihin doğuşu" Pravoslav kilsəsi var. Burada məscid də tikilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

terrus.ru — база данных России Почтовые индексы Якутии ОКАТО

Xarici keçidlər

Муниципальная интернет-газета «Айхал» Айхал.инфо — информационно-развлекательный сайт посёлка Айхал Амакинская геологоразведочная экспедиция Kateqoriya:Rusiya qəsəbələri Kateqoriya:Saxa