Romantik komediya filmi — əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur. Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir.Romantic comedy: boy meets girl meets genre. Tamar Jeffers McDonald. Wallflower Press, 2007. p.3
Romantik komediya filmləri komediya filmləri və romantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər.
Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.
Həmçinin bax
Erotik komediya
İstinadlar
Xarici keçidlər
Romantic Comedy Movies – worldwide movies from the 1940s to upcoming releases, with box office performance from The Numbers (website) Market Performance of Romantic Comedies – U.S. movies box office performance from The Numbers
Kateqoriya:Komediya filmləri Kateqoriya:Film janrları Kateqoriya:Romantik komediya Kateqoriya:Romantik komediya filmləri Kateqoriya:Şəxslərarası münasibətlər