Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist.
“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü.
Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir.
Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.).
"Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub."Söz" müstəqil-ədəbi-publisistik jurnal, aprel-iyun 2019, 34 səh. 08.09.2019-cu ildə “Ziya” KPM-də çapa hazırlanmışdır
Həyatı
Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur.
1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
Təhsili
Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb.
1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.
Fəaliyyəti
SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrədə əməkdaşlıq edərək bizneslə məşğul olmuşdur.
1995-ci ildən o, heraldika müəllif şirkəti yaratmışdır. Azərbaycan üçün suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib, bu günə kimi fabrikin təsisçisidir.
1998-ci ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnalını yaratmışdır. Hal-hazırda jurnalının təsisçisi və baş redaktorudur. Jurnalın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə həmçinin dünya azərbaycanlılarına həsr olunmuş bir çox layihələri var. Jurnalın bütün nömrələri və xüsusi buraxılışları ilə www.mir-azerbaydjana.az saytında tanış olmaq mümkündür.Zülfiyyə Vəliyeva, "Qoşa Qanad". "Təhsil dünyası" qəzeti, №02 (005), 2019-07-31, səh. 9–10
2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatının İdarə Heyətinin üzvüdür.
2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir.
Fəxri adlar və mükafatlar Mənbə 2008-ci ildə "Qızıl qələm" mükafatı. 2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşıdır. 2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsidir. 2016-cı ildə "Azərbaycan Xalq Diplomatiyası" mükafatı. 2017-ci ildən İstanbul “Yeditepe” Universitetinin Fəxri doktorudur. 2019: BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun - "Altın Kıran" ordeni (Qızıl Qartal). (Almatı, Qazaxıstan). Bu mükafat Qazaxıstanda ən ali mükafatdır. 2019: Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı (Almatı). Bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professorudur. Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı (Millətin fəxri) (Türküstan şəhəri, Qazaxıstan). Mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin "II Müqəddəs Vladimir" ordeni.
Təsis etdiyi mükafat, orden və medallar “Dədə Qorqud” Beynəlxalq Milli Fonduna aid “Dünyaya Sülh Naminə” () mükafatının təsisçisidir. Azərbaycanda və müxtəlif dünya ölkələrində gördükləri işlərlə Azərbaycan üçün misilsiz xidmətləri olan siyasi və ictimai xadimlərin təltif olunduqları orden və medallar: Ordenlər: "Bakı Qəhrəman: şəhər", “Ulu Türk”, “Vətən Övladı”, “Qızıl Ürək”, “Mehriban Ana”, “Zeynalabdin Tağıyev”, “Əziz Əliyev” və “Həzi Aslanov”. Medallar: “Ədalətin Qılıncı” və “Aqarunov”.
Qarabağ müharibəsi veteranları ilə sıx əlaqədədir (I və II Qarabağ müharibələri veteranları).Lalə HÜSEYNOVA, “Albert Şuşanın fəxri vətəndaşıdır” , "Azərbaycan Ordusu" qəzeti Azərbaycan veteranlarının göstərdiyi şücaət və qəhrəmanlığına görə təltif olunması üçün xüsusi diplomlar və döş nişanlarının təsisçisidir.
2013-cü ildə "Qayğıkeş" qızıl diplomunu təsis etmişdir. Bu diplomu ilk olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Belə ki, 9 may 2017-ci ildə Bakıda Həzi Aslanov heykəlinin qarşısında "Qayğıkeş" diplomu və qızıldan hazırlanmış veteran döş nişanı Prezident İlham Əliyevə təqdim olunub.
2018-ci ildə İstanbul şəhərində Atatürkün anası Zibeydə xanımın adına olan cəmiyyətə "Mehriban Ana" ordenini təqdim etmişdir.
2022-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova "Dədə Qorqud" ordenini təqdim edib.
Saxlanılması
2025-ci ilin oktyabrında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və başqa şəxslər saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunaraq saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən medallar, ordenlər, vəsiqələr, müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
E. İsmayılov barəsində cinayət işi Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. 2026-cı ilin yanvarında İsmayılov barəsindəki cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə uyğun olaraq bəraətverici əsaslarla xitam verilib.
İstinadlar
Mənbə
“Azərbaycan Dünyası” diasporumuzun görən gözü və danışan sözüdür «Настоящий аксакал — человек, который передает все хорошее из прошлого нынешнему поколению»
Xarici keçidlər
ВЫШКА №34 (20401) . 10 сентября 2021 года. СОВЕТ СТАРЕЙШИН – МУДРОСТЬ НАРОДА Vahid Türk Dünyası artıq nağıl və ya xəyal deyil, hər keçən gün reallaşmağa doğru irəliləyir “Baku Network” ekspert şurasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub (Video)
Kateqoriya:Azərbaycanın jurnal təsisçiləri Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları