Aslanov Şikar Davud oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı Şikar Aslanov 10 iyun 1970-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1987-ci ildə orta təhsilini bitirdikdən sonra, 1988–1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Xidmətini tamamladıqdan sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinin Post-Patrul Xidmətinə qəbul olunmuşdur.
Döyüş yolu Ermənistanın hərbi təcavüzü (Birinci Qarabağ müharibəsi) başladıqdan sonra Şikar Aslanov könüllü olaraq cəbhəyə yollanmışdır. O, 1992-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin bir neçə strateji atəş nöqtəsinin məhv edilməsində fərqlənmişdir.
2 iyul 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanmışdır. Hospitala çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını itirmişdir.
Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Xatirəsi Oxuduğu Süleymanlı kənd orta məktəbi hazırda onun adını daşıyır. 2019 cu ildə qobu park yaşayış kompleksində onun adına fitness kompleksi sakinlərin istifadəsinə verildi.
Həmçinin bax Vüqar Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabı (Yenidən işlənmiş II nəşr, Bakı: "Dərələyəz-M", 2010, səh. 39).
İstinadlar
Xarici keçidlər
Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Tərtib edəni: H. M. Həmidova.- B., 2008.- 238 s. ASLANOV ŞİKAR DAVUD OĞLU
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları